
Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?
Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident təkcə qardaş ölkədə deyil, bizim cəmiyyətə də şok yaşatdı. Səkkizinci sinif şagirdinin atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirməsi və dəhlizlərdə qarşısına çıxanlara atəş açmaqla qətliama imza atması ciddi narahatlığa əsas yaratdı.
Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident təkcə qardaş ölkədə deyil, bizim cəmiyyətə də şok yaşatdı. Səkkizinci sinif şagirdinin atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirməsi və dəhlizlərdə qarşısına çıxanlara atəş açmaqla qətliama imza atması ciddi narahatlığa əsas yaratdı.
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bir neçə ay öncə Bakıdakı liseylərdən birində də 10-cu sinif şagirdi müəllimini güllələmişdi.
Bu həftə isə paytaxt məktəblərindən birində şagirdin sinif yoldaşının üzərinə spirt tökərək yandırması hadisəsi medianın və sosial platformaların növbəti şok xəbərinə çevrildi.
Psixoloqlar hesab edirlər ki, son vaxtlar uşaqlarla bağlı müşahidə edilən kriminal hadisələrin əsas səbəbləri kimi dərin sosial uyğunsuzluq, medianın təsiri, evdə silahların mövcudluğu və "güc" nümayiş etdirmək istəyi göstərilə bilər.
Bu faciəvi hadisələrdən sonra televiziyalarda yayımlanan kriminal serialların ssenarisinin, sosial platformaların ürəkaçmayan mənzərəsinin, zorakılığa təhrik edən internet oyunlarının məzmununun uşaqlara mənfi təsiri ilə bağlı məsələlər də yenidən gündəmə gəlib. Hətta Türkiyədə yayımda olan kriminal serialların ssenarilərinin dəyişdirilməsi, bəzi "YouTube" kanallarının bağlanması ilə bağlı xəbərlər də yayılmaqdadır.
Kin, ədalətsizlik və qisas
Bəzi beynəlxalq tədqiqatçılar artmaqda olan şagird aqressiyası fenomenini izah edəcək əsas səbəbi tapmağa çalışırlar. Elm adamları baş verənlərin çoxsaylı səbəbi olduğu qənaətinə gəlirlər: potensial "atıcı"nın aydın psixoloji profilini yaratmaq olduqca çətindir və bunun üçün müxtəlif testlər və davranış yoxlama siyahıları kifayət etmir. Məktəbə hücum edən, terror aktı törədən bir insanın davranışının şübhəsiz ki, mürəkkəb komponentləri var və buna görə də onu izah etmək asan deyil. Amma ümumilikdə məktəblilərin müəllimlərə və həmyaşıdlarına atəş açmaqla bağlı fantaziyaları əsasən kin, ədalətsizlik və qisas almaq istəyi ilə bağlanır.
Kütləvi kommunikasiyanın təsiri danılmazdır
"Təəssüf ki, təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində - inkişaf etmiş Avropa ölkələrində, ABŞ-də də məktəblərə silahlı hücumlarla tez-tez rastlaşırıq", - deyə professor Qulu Məhərrəmli bildirir: "Əlbəttə, Avropa və ya ABŞ ilə Azərbaycandakı və ya Türkiyədəki səbəb eyni ola bilməz. Amma görünən odur ki, motivlərdə oxşarlıqlar var. Bu da indiki şəraitdə kütləvi kommunikasiyanın insanlara, xüsusən uşaqlara təsiridir. İndi bütün uşaqlar 3-4 yaşlarından planşetlə oynayır, kompüter oyunlarına aludə olur. O cihazlarda çox dəhşətli, qəddarlıq yaradan oyunlar var: silah işlətmək, müəyyən tapşırıqları yerinə yetirmək, ətrafla münasibət və s. öyrədilir. Bütün bunlar uşaqlara öz mənfi təsirini göstərir". Professorun fikrincə, biz istər-istəməz bu məsələdə klassik üçbucağa qayıdırıq: "Məktəb-valideyn-ətraf mühit. Mənə elə gəlir ki, indi uşaqların tərbiyəsində ən mənfi rol oynayan valideynlərin təsiridir. Analar on il əvvəlkinə nisbətən indi daha çox məşğuldurlar. İşləyən anaların da övladlarına diqqəti lazım olan səviyyədə olmur. İndi ən yaxşı halda 10 anadan beşi birbaşa övladlarının tərbiyəsi ilə məşğul ola bilir. Qalanları uşaqları ya dayələrə tapşırır, ya özbaşına buraxırlar. Bu da nəticə etibarilə uşaqların və yeniyetmələrin davranışına mənfi təsir göstərir".
"Uşaqların formalaşmasında problem mövcuddur"
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədovanın fikrincə, uşaqların internet oyunlarından, telefonlardan asılılığı hədsiz çoxalıb: "Valideynlər də bundan narahatdırlar. Digər tərəfdən, şiddətli oyunlara meyillilik ilk növbədə ailədə sevginin olmamasından irəli gəlir. Uşaqların formalaşmasında problem mövcuddur, onlar ətraf mühitlə əlaqəli deyillər. Nəticədə onlar yolu kompüterdə axtarırlar. Türkiyədə baş verən hadisə öncəsi uşaq deyib ki, "indi məni görəcəksiniz! Mən uşaqlara qarşı qətliam düzənləyəcəm!" O uşaq diqqətdən kənarda olub. Ailə yetərincə tanınmış ailədir, amma uşağa vaxt ayrılmayıb. Hazırda ən böyük problemlərdən biri valideynlərin övladlarını yalnız maddi cəhətdən təmin etmək fikridir, uşaqlarla ünsiyyət yoxdur. Əgər valideyn uşağına bircə kəlmə "günün necə keçdi?" demirsə, uşaq o sualı internetdə axtaracaq. Uşaqlar var ki, ailə üzvləri ilə deyil, süni intellektlə dostluq edirlər. Virtual oyunların görünən və görünməyən fəsadları da var".
"Bu hadisələrin ictimailəşdirilməsi düzgün deyil"
N.Məmmədovanın fikrincə, belə hadisələrin çox ictimailəşdirilməsi də düzgün deyil: "Çünki görünən bütün hadisələr, seriallar, filmlər insanın təhtəlşüuruna təsir göstərir. Bunlar şüuraltında qalır və nə vaxtsa təkrarlanmaq təhlükəsi yaranır. Bir zamanlar "Qurdlar vadisi" filminin qəhrəmanı Polad Ələmdar obrazı məşhur idi. Valideynlər hətta övladlarının adını Polad qoyurdular. Və ya "Diriliş Ərtoğrul" serialı da uşaqlara pis təsir göstərir. Ümumiyyətlə, indi çəkilən filmlər - atışmalar, vuruşmalar uşaqlar üçün izsiz ötüşmür.
Oxşar Xəbərlər
CəmiyyətHəftə ərzində gündəm olan məsələlər "Xülasə"də - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətBakı turistləri mat qoydu: Alman, hind və türkiyəli qonaqlar nəyə heyran qaldılar? - VİDEO
Tarixin izlərini daşıyan küçələr, qədim memarlıq və turist axını. İçərişəhər keçmişlə bu günü birləşdirən məkanlardan biridir. Paytaxtın qədim hissəsi olan bu ərazi həm yerli, həm də xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.
CəmiyyətKöhnə mənzillərin bahalaşması niyə səngidi? - Ekspertlərdən açıqlama - VİDEO
Azərbaycanda mənzillərin təkrar bazarında bahalaşma səngiyib. Rəsmi statistikaya görə, 2026-cı ilin birinci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən ilkin mənzil bazarında qiymətlər 13.1 faiz artsa da, təkrar bazarda artım 8.1 faiz təşkil edib.
CəmiyyətPolşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? - VİDEO
Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.