
Qanun var, amma əməl olunmur - Azərbaycanda yenə qohum evliliyi baş tutub
Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının - xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub. Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının - xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub. Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Rəsmi müraciətlər qəbul olunmur"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulmasına dair dəyişiklər edilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib: "Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur".
İctimai fəal insanların köməyinə ehtiyac var
K.Əliyevanın fikrincə, belə halların qarşısının alınması ilə bağlı maarifləndirmə qaydası təsdiq edilib. Sənədin icrası 14 dövlət qurumuna və bütün yerli icra hakimiyyəti orqanlarına tapşırılıb: "Qaydanın icrası istiqamətində aidiyyəti qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır, araşdırmalar aparılır". Amma buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur: "İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında öz töhfəsini verəcək".
Maraqlıdır ki, Ədliyyə Nazirliyi qadağaların qüvvəyə mindiyi tarixdən etibarən evlilik üçün müraciət edən qohumlarla bağlı statistika aparmır. Bu barədə nazirlikdən sorğumuza cavab olaraq bildirildi.
"Məsuliyyət nəzərdə tutulur"
"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova düşünür ki, bu mövzu gündəmdə olan məsələlərdən biridir: "Qanuna zidd hərəkətlər baş verərsə, kimliyindən asılı olmayaraq məsuliyyət nəzərdə tutulur. Hər bir Azərbaycan vətəndaşı dövlət tərəfindən qəbul edilən qərarlara hörmət və məsuliyyətlə yanaşmalıdır. Əgər vəzifədə olan bir şəxs belə halların baş verməsindən xəbərdar olub və bunun qarşısını almaq üçün heç bir addım atmayıbsa, bu, daha ciddi məsələdir. Belə vəziyyətlərdə ən azı müvafiq dövlət qurumlarının müdaxiləsi ilə həmin şəxslərlə söhbətlər aparılmalı və evliliyin baş tutmaması üçün tədbirlər görülməli idi. Əgər bu edilməyibsə, belə hallara görə məsuliyyətin daha ciddi olması vacibdir".
N.İsmayılovanın sözlərinə görə, ortada fakt varsa və həqiqətən də yaxın qohumların evlənməsi planlaşdırılırsa, dövlət qurumlarının müdaxiləsi zəruridir: "Qanunla qoyulan qadağanın cəmiyyətdə müəyyən təsiri hiss olunur. Bununla belə, insanların bu qadağanı nə dərəcədə qəbul etməsi artıq müəyyən mənada cəmiyyətin öz məsuliyyəti ilə bağlıdır. Burada məsuliyyət yalnız cütlüklərin üzərinə düşmür. Valideynlər, qohumlar, hətta qonşular öz mövqelərini bildirməlidirlər. Çünki belə qərarların icrası bütövlükdə cəmiyyətin iştirakı ilə mümkündür. Bəzi bölgələrdə qohum evliliklərinin davam etməsi isə ilk növbədə cütlüklərin özlərinə zərər verir. Bu, həm sağlamlıq riskləri, həm də gələcəkdə sosial baxımdan müəyyən problemlərlə üzləşmək ehtimalı yaradır. Ona görə də cəmiyyət olaraq bu məsuliyyəti hamımız bölüşməliyik".
"Cəmiyyət də aktiv iştirak etməlidir"
QHT sədrinin fikrincə, bu məsələdə yerli özünüidarəetmə orqanları, xüsusilə bələdiyyələr mühüm rol oynayır. Bələdiyyələrdə gender komissiyaları fəaliyyət göstərir və onlar ailə münasibətləri ilə bağlı məsələlərdə qanunların düzgün icrasına töhfə verməlidirlər: "Onların vəzifəsi belə hallarda prosesin iştirakçısına çevrilmək deyil, qanunun düzgün icrasını təmin etməkdir".
Qeyd edək ki, Azərbaycanda qohum evliliyinə görə ayrıca cəza maddəsi yoxdur. Əsas məhdudiyyət nikahın qeydiyyata alınmamasıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakının bahalı evləri və iri villaları ilə diqqət çəkən köhnə məhəlləsi: "Vorovski"dən REPORTAJ - VİDEO
Baku TV Bakının köhnə məhəllələrindən biri - "Vorovski" haqqında reportaj hazırlayıb.
CəmiyyətTelefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər
Azərbaycanda mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətlərinin sürətli genişlənməsi maliyyə əməliyyatlarının daha rahat və operativ aparılmasına imkan yaradır. Lakin bu inkişafla paralel olaraq kibertəhlükəsizlik məsələləri də daha aktual xarakter alır. Son dövrlərdə mobil ödəniş platformalarından biri ilə bağlı hesabların dondurulması və vəsaitlərin təhlükəsizliyi ətrafında yaranan müzakirələr rəqəmsal maliyyə ekosistemində təhlükəsizlik mexanizmlərinin vacibliyini bir daha gündəmə gətirib.
CəmiyyətMəmmədlidə baş verən ağır qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI
Ötən gün Abşeron rayonunun Məmmədli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.