
"Qarabağ"dan xanım azarkeşlərinə növbəti jest
"Qarabağ" futbol klubu xanım azarkeşlərinə növbəti dəfə jest edib.
"Qarabağ" futbol klubu xanım azarkeşlərinə növbəti dəfə jest edib.
Gundem.today xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aprelin 18-də Misli Premyer Liqasının XXVIII turu çərçivəsində "Sabah"la keçiriləcək qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.
Bununla belə stadiona biletsiz girişin mümkün olmadığı da vurğulanıb. Xanımların biletlərini mütləq şəkildə 16, 17 və 18 aprel tarixlərində stadionun kassalarından və ya "Park Bulvar" AVM-in 2-ci mərtəbəsində yerləşən fan-şopdan əldə etmələri vacibdir.
Qeyd edək ki, "Sabah"la baş tutacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 19:30-da başlayacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi bənzər təşəbbüsü aprelin üçündə də "Sabah"a qarşı oyunda reallaşdıraraq xanım azarkeşlərini sevindirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMbappe: "Real Madrid"də çıxış etmək Tanrının bəxş etdiyi hədiyyədir"
Ulduz futbolçu Kilian Mbappe formasını geyindiyi "Real Madrid" klubu barədə səmimi fikirlərini bölüşüb.
İdman"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTO
İngiltərənin "Vulverhempton" klubunun təcrübəli qapıçısı Joze Sa karyerasında yeni səhifə açaraq Türkiyə Superliqasına yollanmağa hazırlaşır.
İdman"Arsenal"ın sabiq futbolçusuna qarşı yeni zorlama ittihamları - FOTO
İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Tomas Parti haqqında səsləndirilən daha iki yeni zorlama ittihamlarını qətiyyətlə rədd edib.
İdman"Bavariya" ilə cavab matçı ərəfəsində "Real Madrid"in heyətində itki - FOTO
"Real Madrid" klubu həlledici oyun ərəfəsində ciddi heyət itkisi ilə üzləşib.