
"Qarabağ"la gərgin kubok matçı "Sabah" üçün əlamətdar olub
"Sabah" futbol klubu Azərbaycan Kuboku çərçivəsində öz meydanında yubileyə imza ataraq 20-ci qolunu rəqib qapısından keçirib.
"Sabah" futbol klubu Azərbaycan Kuboku çərçivəsində öz meydanında yubileyə imza ataraq 20-ci qolunu rəqib qapısından keçirib.
Gundem.today Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi üçün bu əlamətdar topun müəllifi Velko Simiç olub.
O, yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"la baş tutan gərgin cavab qarşılaşmasında (2:1) fərqlənərək hesabda tarazlığı bərpa edib.
Bu nəticə ilə Bakı klubu ölkə kuboku tarixinə öz meydanında 20 və daha çox qol vuran 30-cu komanda kimi adını yazdırıb. Ümumilikdə 13-cü ev görüşünə çıxan "Sabah" matçın gedişatında qol sayını 21-ə yüksəltməyi bacarıb. Hazırda komandanın bu turnirdəki orta məhsuldarlığı 1.62 təşkil edir.
Qeyd etmək lazımdır ki, turnir tarixində ev oyunlarında ən çox qol sevinci yaşayan komanda "Qarabağ"dır. Ağdam təmsilçisi doğma azarkeşləri önündə düz 193 dəfə fərqlənməklə mütləq rekordun sahibidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıb
"Çelsi"də dünən istefaya göndərilmiş Liyam Rosenyoru əvəzləyəcək əsas namizəd bəlli olub.
İdman"Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL
Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə - "Formula-1" üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
İdmanİtaliya DÇ-2026-da İranı əvəz edəcək? - ABŞ və FIFA rəhbərliyinə rəsmi müraciət edildi
2026-cı il futbol üzrə dünya çempionatında İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi təklif edilib.
İdmanAlmaniya millisi mundialdan qabaq hüсumçusunu itirdi
"Bavariya" futbol klubunun və Almaniya millisinin hücumçusu Serj Qnabri 2026-cı il dünya çempionatını buraxacağını bildirib. Ötən günlərdə futbolçu sağ budundan zədə almışdı.