Son dəqiqə
Məşhur fransız rəssam Klod Monenin iki əsəri satışa çıxarılacaqYaz təşvişi və psixoloji gərginlik: Daxili narahatlığın gizli SƏBƏBLƏRİBritaniyada naməlum şəxs lotereyeda 14 milyon dollar uduşunu götürməyibSağlamlıq üçün ən faydalı qəhvə hansıdır?İndoneziyada dəhşətli faciə: Timsah yeniyetməni dostlarının gözü qarşısında parçaladıÇindən "rəqəmsal insan" etiketi təklifi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qərbi Azərbaycan Xronikası: "Ermənilər çalışırdılar ki, biz onların dilində danışaq" - VİDEO
Qərbi Azərbaycan Xronikası: "Ermənilər çalışırdılar ki, biz onların dilində danışaq" - VİDEO
Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: "Ermənilər çalışırdılar ki, biz onların dilində danışaq" - VİDEO

Bu gün
02:00
0 baxış
Paylaş:

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Ulu öndər o vaxt rayon rəhbərliyinə zəng etmişdi ki, əhaliyə toxunmayın" adlı veriliş Zəngəzur mahalı, Qarakilsə (Sisian) rayonu, Şəki kənd sakini Sənubər Əliyevanın həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə anadan olduğunu, 5 yaşından Şəki kəndində büyüdüyünü deyib: "Orta məktəbdə ermənilərlə ayrı oxuyurduq: "Məktəbin direktoru və müəllimlər ermənilər idilər. Onlar çalışırdılar ki, biz erməni dilində danışaq. Azərbaycan dilini istəmirdilər. Uşaqlar arasında yarış, çempionat olanda həmişə birinci yerdə olurduq və ermənilər çox paxıllıq edirdilər".

Onun sözlərinə görə, kənddə 335 evin 75-i erməni, əhalinin çoxu azərbaycanlılar idilər: "Kənddə 10 tayfa vardı və məhəllələr onların adlarını daşıyırdı. 1905-1906, 1918-1919-cu illərdə erməni təcavüzünə məruz qaldığına görə azərbaycanlılar kənddən köçüblər. Babam həmişə danışırdı ki, 1918-ci ildə erməni daşnakları azərbaycanlıları Hortuyüz kəndi ərazisindəki Camış qayasından ataraq, kəndi yerlə-yeksan edib".

Kənd sakini zaman-zaman erməni vəhşiliyi ilə üzləşdiklərini, nəhayət, 1988-ci ildə bunun yenidən başladığını bildirib: "O zaman 6 aylıq hamilə idim. Ermənilərdən qorunmaq üçün gecələr qarajda yatırdıq. Çünki ermənilər bizi gecə evdə güllələmək, öldürmək istəyirdilər. Onlar bizim say artımını istəmir, soykökümüzü kəsmək istəyirdilər. Gecənin birində qarajları gülləbaran etdilər. Biz məcbur qalıb Naxçıvana getdik və bir aydan sonra yenidən kəndə qayıtdıq. Bakı şəhərindən Ulu öndərimiz rayon rəhbərliyinə zəng edib ki, azərbaycanlılara toxunmayın, oradakı hamilə qadınlara dəyməyin. Mən orada öz övladımı dünyaya gətirdim. Biz 6 ay erməni vəhşiliyindən əziyyət çəkdik. Nəhayət, 1988-ci il noyabrın 7-də gecəyarısı əliyalın evdən çıxdıq və Sumqayıt şəhərinə pənah gətirdik".

S.Əliyeva Vətən həsrəti ilə yaşadığını, boya-başa çatdığı kəndə qayıdıb ürək yanğısı ilə bulaqların suyundan içmək istədiyini söyləyib: "Ən böyük arzum Vətənə qayıdıb, oradan torpaq gətirib, kəndimizin 13 şəhidinin, o cümlədən şəhid həyat yoldaşımın qəbirləri üstünə səpməkdir. Allahın köməyi ilə bu arzuma çatacağam".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Qərbi_Azərbaycan_Xronikası

Oxşar Xəbərlər

Yaz təşvişi və psixoloji gərginlik: Daxili narahatlığın gizli SƏBƏBLƏRİCəmiyyət

Yaz təşvişi və psixoloji gərginlik: Daxili narahatlığın gizli SƏBƏBLƏRİ

Yaz fəslinin gəlişi ilə bir çox insan daxili narahatlığın artdığını və təşviş pozuntularının tez-tez təkrarlandığını müşahidə edir.

Bu gün
05:200
Bakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEOCəmiyyət

Bakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Bakı sakini Lətifə Musayeva olub.

Bu gün
01:361
"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEOCəmiyyət

"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEO

Aprelin 3-ü Vətən müharibəsi şəhidi Sənan Vidadi oğlu Hüseynovun doğum günüdür. Yaşasaydı, 30 yaşı tamam olacaqdı.

Bu gün
01:181
Neftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - VİDEOCəmiyyət

Neftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - VİDEO

Səhər tezdən gələrək saatlarla həkim qəbuluna düşmək üçün növbədə gözləyirlər. Bu insanlar arasında ahıllar da var, vəziyyəti ağır olanlar da...

Bu gün
01:000