
Qətər İrandan təzminat tələb edir
"İran hücumlarının vurduğu ziyanı ödəməlidir".
"İran hücumlarının vurduğu ziyanı ödəməlidir".
Gundem.today xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi rəsmi saytında bəyanat yayıb.
"Aprelin 8-də ABŞ və İran ikihəftəlik atəşkəs elan ediblər. Sənəddə İrana kompensasiya nəzərdə tutulur, lakin müqavilə onların digər ölkələr qarşısında öhdəliklərini əhatə etmir" deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq Tehran ABŞ hərbi obyektlərinin yerləşdiyi Yaxın Şərq ölkələrinə zərbələr endirib. Qətər də hücumlar nəticəsində zərər çəkib. Aprelin 4-də İran "Əl-Udeyd" hava bazasına iki ballistik raket atıb. Bundan başqa Qətər İranın Doha Beynəlxalq Hava Limanına hücum cəhdi etdiyini də bildirib.
Xatırladaq ki, ABŞ prezidenti tərəfindən Tehranla razılaşmanın əldə olunması üçün qoyulan son müddət aprelin 8-də Bakı vaxtı ilə saat 04:00-da başa çatırdı. Bu vaxt bitdikdən sonra Tramp İrana qarşı "cəhənnəm yaşatmaq" və onu "daş dövrünə" qaytarmaqla hədələmiş, ölkənin elektrik stansiyalarına, enerji infrastrukturu obyektlərinə və körpülərinə zərbələr endirəcəyini vəd etmişdi. Buna cavab olaraq isə Tehran bəyan etmişdi ki, İranın endirəcəyi cavab zərbələri nəticəsində "bütün region və Səudiyyə Ərəbistanı tam qaranlığa qərq olacaq". İranın Ali Milli Təhlükəsizlik Şurası da atəşkəsə razılıq verdiyini təsdiqləyib. Bununla bağlı bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçı yayımlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran İsraili atəşkəsi pozmaqda rəsmən ittiham etdi
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığında İsrailin atəşkəs rejimini pozmasını müzakirə edib.
DünyaTramp: "ABŞ və İran Hörmüzdən keçidə görə birgə ödəniş ala bilərlər"
ABŞ Prezidenti Donald Tramp bütün gəmilərin Hörmüz boğazından keçidinə görə ödənişin alınması üçün ABŞ-İran birgə müəssisəsinin yaradılmasını mümkün hesab edib.
DünyaPit Heqset: "ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib"
"İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Lincoln" aviadaşıyıcısına buraxdığı raketlər və pilotsuz uçuş aparatları (PUA) hədəflərinə çata bilməyib.
DünyaƏrdoğan və Tramp ABŞ-İran atəşkəsini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığında İranla əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.