Son dəqiqə
Akademik Opera və Balet Teatrında nə baş verir? - Yusif Eyvazov danışdı - VİDEOMÜSAHİBƏİsrail hansı halda İrana əks-hücum edəcək? - Səfir şərtləri AÇIQLADIABŞ və İran atəşkəsin detallarını razılaşdırırBakıda müharibə iştirakçısının meyiti tapıldıSemyon Slepakova qarşı cinayət işi açılıbİranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Qlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturu
Qlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturu
Siyasət

Qlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturu

Bu gün
18:28
0 baxış
Paylaş:

Bu gün dünyanın bir sıra regionlarında baş verən hadisələr, münaqişələr, müharibələr beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, qlobal sabitliyi pozur, iqtisadiyyatları zəiflədir, dünya ticarətinə zərbə vurur. Günümüzdə dünyada baş verən bu proseslər ciddi problemlərə çevrilib və onların nəticələrinin aradan qaldırılması uzun müddət vaxt və resurs, maliyyə itkisi deməkdir. Xüsusilə artıq 4 ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi, ABŞ-İsrail və İran arasında gərginlik, Hörmüz boğazı

Bu gün dünyanın bir sıra regionlarında baş verən hadisələr, münaqişələr, müharibələr beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, qlobal sabitliyi pozur, iqtisadiyyatları zəiflədir, dünya ticarətinə zərbə vurur. Günümüzdə dünyada baş verən bu proseslər ciddi problemlərə çevrilib və onların nəticələrinin aradan qaldırılması uzun müddət vaxt və resurs, maliyyə itkisi deməkdir. Xüsusilə artıq 4 ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi, ABŞ-İsrail və İran arasında gərginlik, Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik, Yaxın Şərq regionunda müxtəlif ölkələrdə davam edən hərbi toqquşmalar, Afrika, Asiyadakı problemləri qeyd etmək yerinə düşər.

Bu toqquşmalar, münaqişələr, xaos, qarşıdurmaların səbəb olduğu ən ciddi problem humanitar şəraitlə bağlıdır. BMT və digər beynəlxalq qurumların hesabatına əsasən, son bir neçə il ərzində münaqişə gedən bölgələrdə yaşayan insan sayı yüz milyonlarla ölçülür. Artıq bu müharibə və münaqişələrdən bezərək məcburi köçkünlük və qaçqınlıq həyatı yaşayanların da sayı yüz milyonu keçib. Münaqişə və hərbi qarşıdurmaların məntiqi davamı olaraq da hərbi xərclər də ciddi şəkildə artıb. Bu gün qlobal müdafiə büdcələri 2 trilyon dolları keçib ki, bu da geosiyasi gərginliyin pik həddə yaxınlaşdığını göstərir.

Paralel olaraq isə bir sıra regionlarda dövlətlərarası münasibətlər zədələnir, müəyyən güclərin diktəsi ilə daxili münaqişələr artır. Belə bir vəziyyət isə təbii ki, enerji bazarlarında qeyri-sabitliyə yol açmaqla, ərzaq qiymətlərində artım və qlobal tədarük zəncirində pozuntularla müşayiət olunur. Bu da öz növbəsində dünya iqtisadiyyatına mənfi təsir edir. Məsələn, təkcə Rusiya-Ukrayna müharibəsi səbəbindən taxıl və enerji ixracında böyük fasilələr yaranıb ki, bu da öz növbəsində bir sıra ölkələrdə inflyasiyanı sürətləndirməklə yanaşı, ərzaq təhlükəsizliyi problemini dərinləşdirib.

Müharibə nəticəsində yüz minlərlə insan ölüb, xəsarət alıb, yaralanıb, əlil olub. Milyonlarla sakin isə Avropaya sığınmaq məcburiyyətində qalıb. Bundan əlavə, Ukraynanın iri şəhərləri, sənaye mərkəzləri dağılıb, enerji infrastrukturu, nəqliyyat şəbəkələri, istehsal obyektləri, yaşayış binaları məhv edilib. Buna paralel olaraq isə ölkə ÜDM-nin böyük hissəsini itirib. Dövlətin büdcə kəsiri artıb, xarici borcdan asılılıq pik həddə çatıb. Digər tərəfdən, müharibə yalnız Ukrayna ilə məhdudlaşmayaraq, qlobal enerji və ərzaq bazarlarında ciddi dalğalanmalara səbəb olub, xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyi strategiyalarını köklü şəkildə dəyişməyə məcbur edib.

Bütün bu itkilərə və dağıntılara baxmayaraq, tərəflər arasında davamlı sülh sazişinə dair real irəliləyiş hələ də müşahidə olunmur, cəbhə xəttində döyüşlər vaxtaşırı intensivləşir və münaqişənin yaxın perspektivdə başa çatacağına dair ümidlər olduqca zəif görünür. Bu müharibə Rusiya üçün də ciddi hərbi, iqtisadi və demoqrafik itkilərlə müşayiət olunur. Əlavə olaraq, ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiyanın maliyyə sisteminə, enerji ixracına və texnologiya idxalına ciddi təsir edib. Müharibə və səfərbərlik fonunda yüz minlərlə gəncin ölkəni tərk etməsi də əmək bazarına, demoqrafik artıma mənfi təsir edir.

Qısacası, müharibə və münaqişələr ayrı-ayrı dövlət və regionların problemi olmaqdan çıxaraq, bütün dünyanın gələcəyinə təsir edən sistemli bir təhlükəyə çevrilib.

Paralel olaraq, ABŞ-İsrail-İran müharibəsi Yaxın Şərqin təhlükəsizliyini zədələməklə yanaşı, beynəlxalq müstəvidə də problemlərə yol açıb. Artıq 40 gündür davam edən hərbi qarşıdurma ilə bağlı diplomatik kanallar vasitəsilə irəli sürülən atəşkəs və sülh təşəbbüsləri konkret nəticə verməyib. Münaqişənin uzanması isə mürəkkəb və çoxşaxəli problemlərə yol açır. Yaxın Şərq dünyanın əsas enerji təchizatçılarından biri olduğu üçün bölgədə hərbi eskalasiya neft və qaz bazarlarında ciddi dalğalanmalara səbəb olur. Son həftələrdə enerji qiymətlərində müşahidə olunan artım qlobal inflyasiya təzyiqlərini gücləndirib, xüsusilə enerji idxalından asılı olan ölkələr üçün əlavə iqtisadi yük yaradıb. Eyni zamanda, regionda strateji nəqliyyat marşrutlarının, o cümlədən Hörmüz boğazı kimi kritik keçidlərin təhlükə altına düşməsi beynəlxalq ticarət zəncirlərində qeyri-müəyyənliyi artırır. Bu isə yükdaşıma xərclərinin yüksəlməsi, sığorta risklərinin artması və qlobal bazarlarda qiymətlərin dalğalanması ilə nəticələnir. Paralel olaraq isə raket hücumları, endirilən zərbələr nəticəsində infrastruktur obyektləri zədələnir, enerji və sənaye müəssisələri, istehsal obyektləri sıradan çıxır.

Belə bir vəziyyət də öz növbəsində region ölkələrinin iqtisadi dayanıqlığını zəiflədir. Həm də beynəlxalq investorlar üçün arzuolunmaz və riskli regiona çevrilir. Bu sadalananlara isə humanitar böhranı, mülki itkiləri də əlavə etsək, hansı təhlükə ilə üz-üzə olduğumuzu anlarıq. Yəni, bu münaqişə artıq lokal qarşıdurma çərçivəsini aşaraq həm regional təhlükəsizlik, həm də qlobal iqtisadi sabitlik üçün ciddi və çoxölçülü risk mənbəyinə çevrilib.

Dünyada baş verən bu proseslər, münaqişələrin u

#Siyasət#44_günlük_Vətən_müharibəsi#Rusiya-Ukrayna_münaqişəsi#Hörmüz_boğazı#İran-İsrail_münaqişəsi#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)

Oxşar Xəbərlər

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"Siyasət

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibə verib.

Bu gün
20:280
Hikmət Hacıyev "Euronews"un Bakıda keçiriləcək WUF13 ilə bağlı materialına diqqət çəkdi - VİDEOSiyasət

Hikmət Hacıyev "Euronews"un Bakıda keçiriləcək WUF13 ilə bağlı materialına diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbiri ilə bağlı paylaşım edib.

Bu gün
19:121
Azərbaycan və Pakistan XİN rəhbərləri regional təhlükəsizliklə bağlı müzakirə apardılarSiyasət

Azərbaycan və Pakistan XİN rəhbərləri regional təhlükəsizliklə bağlı müzakirə apardılar

8 aprel tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

Bu gün
17:340
Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILDISiyasət

Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILDI

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Bu gün
16:430