
Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEO
Quba-Bakı yolunun bəzi hissələrinin yararsız vəziyyətdə olması sürücülər üçün ciddi təhlükə yaradıb.
Quba-Bakı yolunun bəzi hissələrinin yararsız vəziyyətdə olması sürücülər üçün ciddi təhlükə yaradıb.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Bildirilib ki, yolun asfalt örtüyünün sıradan çıxması iri çuxurların əmələ gəlməsi nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Nəticədə eyni vaxtda bir neçə avtomobil yaranmış nasazlıq səbəbindən yolda qalıb.
Məsələ ilə bağlı Gundem.today-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Bakı-Quba avtomobil yolunun paytaxt istiqamətində müşahidə olunan deformasiyalarla bağlı məlumatlıdırlar.
"Qeyd edirik ki, yolun Quba istiqamətində analoji problem artıq aradan qaldırılıb. Hazırda sözügedən ərazinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Maliyyə vəsaiti ayrıldıqdan sonra əsaslı yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur.
Bununla yanaşı, hazırda həmin yolda cari təmir işləri icra olunur. Bu işlərin məqsədi hərəkət üçün maneə yaradan deformasiyaların operativ şəkildə aradan qaldırılması və yolun təhlükəsizliyinin təmin edilməsidir", - deyə A.Nəcəfli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib
Bu ilin ilk rübündə xaricdə təhsil almış 10 nəfərin diplomunun saxta olduğu aşkarlanıb.
CəmiyyətDeputatdan BAHALAŞMA AÇIQLAMASI: Ən çox hansı məhsulların qiyməti artıb? - FOTO
"Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub: 6.8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6.5 faiz artıb".
CəmiyyətAydın Hüseyinliyə Bakı Metropolitenində yüksək vəzifə verildi - FOTO
"Bakı Metropoliteni" QSC-də şöbə rəisi Nəriman Mantaşev vəzifəsindən azad edilib.
CəmiyyətDSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb
Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.