
Qubada avtomobil ağaca çırpıldı: Dörd nəfər xəsarət aldı
Quba rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Quba rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundem.today-ın məlumatına görə, hadisə Quba-Dəlləkli kəndi yolunda baş verib.
Belə ki, "Chevrolet" markalı minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunublar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəŞəkidə məhkum ölüb
Şəkidə məhkum ölüb.
HadisəKür çayı daha bir rayonda BƏNDİ UÇURTDU
Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.
HadisəLənkəranda torpaq sürüşməsi yenidən aktivləşib - FOTO
Lənkəran rayonu ərazisindəki Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.
HadisəXəzər dənizində yenidən zəlzələ oldu - FOTO
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub.