Son dəqiqə
FAB boyaları məktəblilərin gözü iləİlon Mask texnologiya şirkətini "SpaceX"ə transfer etdirirAzərbaycanda nasos stansiyasını su basıb - FOTOQızılın qiyməti qalxdıHacıqabulun və Şəmkirin bəzi ərazisi qazsız qalacaq"Dəli-Dolu təkliflər" ilə "Baku Electronics"də alış-verişin həyəcanlı dörd günü başlayır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. "Quzghun", "Qırghı" və "Qırghı-S" ilk dəfə "SAHA 2026"da - FOTO
"Quzghun", "Qırghı" və "Qırghı-S" ilk dəfə "SAHA 2026"da - FOTO
Ordu

"Quzghun", "Qırghı" və "Qırghı-S" ilk dəfə "SAHA 2026"da - FOTO

Bu gün
15:32
0 baxış
Paylaş:

Azərbaycanın zərbə dronları İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində nümayiş olunur.

Azərbaycanın zərbə dronları İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində nümayiş olunur.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunlar Azərbaycanın "RD Smart" şirkətinin istehsal etdiyi "Quzghun", "Qırghı" və "Qırghı-S" dronlarıdır.

"Quzghun" zərbə dronu həm kəşfiyyat aparır, həm də optik yaxınlaşdırma imkanı ilə daha uzaq məsafədə olan hədəfləri aşkar edə bilir. Eyni zamanda, aparat ağıllı sistemlə hərəkətdə olan və olmayan hədəfi seçməklə nəzarətdə saxlayır. Pilotun "Vur" düyməsini sıxması ilə hədəfə avtonom dalış edir.

"Qırghı-S" "FPV" tipli drondur, lakin indiki müasir tələblərə uyğun hazırlanmış bu drona "FPV plus" demək olar. Bu drona ağıllı kompüter sistemi qurulub. Bu o deməkdir ki, sifarişə uyğun olaraq dron döyüş növlərini dəyişə bilər. Bu, pilotun işini daha da yüngülləşdirir və dronun döyüş gücünü artırır. Eyni zamanda, aparat idarə olunan gecə-gündüz kamerası ilə təchiz olunub. Bu isə pilotun görmə bucaqlarını daha da genişləndirir.

"RD Smart" şirkətinin nümayəndəsi Bəhruz Bağırov bildirib ki, hazırda sərgiyə 3 dronla qatılıblar.

"ADEX-2026-da isə ən yeni və heç yerdə təqdim olunmamış bir neçə məhsulla iştirak edəcəyik", - o əlavə edib.

Qeyd edək ki, 30 sentyabr-2 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində növbəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə və "Securex Caspian 2026" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgiləri keçiriləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Ordu#SAHA_Beynəlxalq_Müdafiə_və_Aerokosmik_Sərgisi#Dron_-_Pilotsuz_uçuş_aparatı_(PUA)

Oxşar Xəbərlər

Hərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏROrdu

Hərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏR

Türkiyə Respublikasında Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.

Bu gün
11:320
Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcəkOrdu

Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan "MİRAS Hərbi-Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyənin "Makine ve Kimya Endüstrisi" (MKE) şirkəti arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb.

Bu gün
10:520
Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTOOrdu

Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO

Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib.

Dünən
11:480
Azərbaycan ilə Türkiyə hərbi nümayəndə heyətlərinin görüşü keçirilibOrdu

Azərbaycan ilə Türkiyə hərbi nümayəndə heyətlərinin görüşü keçirilib

Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib.

Dünən
18:500