
"Real Madrid"in yeni məşqçi seçimi: Mourinyo, yoxsa Klopp?
"Real Madrid"in soyunub-geyinmə otağında yeni baş məşqçi ilə bağlı seçimlər dəqiqləşir.
"Real Madrid"in soyunub-geyinmə otağında yeni baş məşqçi ilə bağlı seçimlər dəqiqləşir.
Gundem.today idman jurnalisti Qonsalo Alvaresin sözlərinə istinadən xəbər verir ki, komanda bu postda Joze Mourinyonu deyil, Yurgen Kloppu görməyə daha çox üstünlük verir.
Madrid klubunun futbolçuları Mourinyonun iş üslubunun kollektiv daxilində gərgin atmosfer yarada biləcəyindən ciddi şəkildə ehtiyat edirlər.
Qeyd olunur ki, portuqaliyalı mütəxəssis daha sərt və konfliktə meyilli yanaşması ilə tanındığı halda, Klopp oyunçularda özünə qarşı daha böyük rəğbət hissi oyada bilir.
Alvares onu da vurğulayıb ki, klub prezidenti Florentino Peres Kloppun namizədliyinin cəlbediciliyini dərk etsə də, Mourinyonun ehtimal olunan qayıdışının yarada biləcəyi nəhəng media effektinin də tam fərqindədir.
Xatırladaq ki, bir müddət əvvəl "Sky Sports" nəşri madridlilərin "Benfika"nın hazırkı məşqçisi Mourinyonu dəvət etmək variantını nəzərdən keçirdiyini, lakin tərəflər arasında hələlik heç bir rəsmi danışığın aparılmadığını bildirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanRəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"
"Yarışla bağlı təəssüratlarımız çox əladır".
İdman"Bakı Marafonu 2026"nın iştirakçısı: "Artıq beşinci dəfədir ki, bu yarışda iştirak edirik"
"Artıq beşinci dəfədir ki, bu marafonda iştirak edirik".
İdmanOxu.Az-ın "TOP-al" podkastı: İlk buraxılışda Ruslan Əmircanovdan səmimi etiraflar - VİDEO
Oxu.Az-ın yeni "TOP-al" podkastının ilk buraxılışı yayımlanıb.
İdman"Bakı Marafonu 2026"nın iştirakçısı: "Bu il də məmnuniyyətlə burada iştirak edirik"
"Hər il olduğu kimi bu il də məmnuniyyətlə burada iştirak edirik".