
Rəis müavininin adı keçən sifarişli qətl işi üzrə kassasiya şikayəti verildi
Bakıda iş adamını sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Əhəd Salahovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Bakıda iş adamını sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Əhəd Salahovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
İttiham ondan ibarətdir ki, 37 yaşlı İlkin Qurbanov, 2011-ci ildə Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda qətlə yetirilib. Cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra istintaq yenilənib, 38 yaşlı Əhəd Salahov İlkin Qurbanovu sifarişlə öldürməkdə şübhəli bilinərək həbs edilib.
Məlum olub ki, təqsirləndirilən şəxsə qətl sifarişi verdiyi iddia olunan Firudin Məmmədov həmin hadisədən dörd gün sonra avtomobildə sol dirsək oynağını iti kəsici alətlə kəsərək intihar edib.
Ən maraqlı məqamlardan biri də qətlin sifarişçisi olduğu iddia edilən F.Məmmədovun hadisədən sonra müəmmalı intiharıdır. İttiham olunan şəxs özünü təqsirli bilmir, həmçinin qətlin sifarişçisinin F.Məmmədov olmadığını düşünür.
Digər əsas məqamlardan biri isə qətlə yetirilən İ.Qurbanovun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla işgüzar münasibətinin olmasıdır. İddia olunur ki, R.Şahbazov tabeliyində olan zavodu zərərçəkmişin adına keçirib. Sonradan onların arasında münasibət korlanıb. İ.Qurbanov qətlə yetirilən günün axşamı isə onun ölümünü sifariş verdiyi iddia olunan F.Məmmədovla aralarında 17 dəfə telefon danışığı olub.
Sözügedən məsələlərlə bağlı R.Şahbazov iş üzrə təqsirləndirilən şəxsin vəkilinin vəsatəti əsasında məhkəməyə çağırılıb. Sədr müavini ifadəsində irəli sürülən iddiaları rədd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
R.Şahbazov 2009-cu ildən bu günə qədər eyni vəzifədə çalışır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalŞirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.
Kriminal28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı
Gədəbəy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.
KriminalQalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?
Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.
KriminalQalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təqsirləndirilir?
Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.