
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Rusiya Müdafiə Nazirliyinin daha əvvəl Avropada Ukrayna üçün dronlar istehsal edən müəssisələrin ünvanlarını dərc etməsi ilə əlaqədar izahat vermək üçün çağırıb.
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Rusiya Müdafiə Nazirliyinin daha əvvəl Avropada Ukrayna üçün dronlar istehsal edən müəssisələrin ünvanlarını dərc etməsi ilə əlaqədar izahat vermək üçün çağırıb.
Gundem.today xəbər verir ki, bu barədə Almaniya XİN "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda deyilir ki, Berlin "özünü qorxutmağa imkan verməyəcək", Almaniyadakı "təhdidlər və hər cür casusluq fəaliyyəti isə tamamilə qəbuledilməzdir".
Aprelin 15-də Rusiya Müdafiə Nazirliyi Avropa İttifaqı ərazisində Kiyev üçün PUA istehsal edilən müəssisələrin adlarını və ünvanlarını açıqlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?
ABŞ ordusunun Hörmüz blokadasının başlanmasından bəri İrana yön alan və bu ölkənin sahillərindən yola düşməyə cəhd edən 31 gəminin istiqamətini dəyişdirib.
DünyaZelenski: "Yaxın Şərqdəki vəziyyət Ukraynaya silah tədarükünə təsir edir"
"Ukrayna ABŞ-nin diqqət mərkəzində qalmalıdır. Birləşmiş Ştatların hazırda İranla müharibəyə diqqət yetirdiyini başa düşürük, amma hərbi əməliyyatların davam etdiyi Ukraynanı da unutmamaq vacibdir".
DünyaGizli ekoloji fəlakət? - ABŞ-də aqressiv soxulcanlar yayılır
ABŞ əhalisi aqressiv invaziv soxulcan növü sayılan Asiya "tullanan qurdunun" yayılması barədə xəbərdar edilib. Bu növ həmçinin "dəli" və ya "ilan" qurdu kimi də tanınır.
DünyaGünəşdə güclü partlayışlar qeydə alındı
Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb.