
Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar
Rusiya və Ukrayna arasındakı sülh müzakirələri artıq son mərhələyə qədəm qoyur və tərəflərin tezliklə rəsmi razılığa gələcəyi gözlənilir.
Rusiya və Ukrayna arasındakı sülh müzakirələri artıq son mərhələyə qədəm qoyur və tərəflərin tezliklə rəsmi razılığa gələcəyi gözlənilir.
Gundem.today xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Kirill Budanov "Bloomberg" nəşrinə verdiyi müsahibəsində səsləndirib.
O, rəsmi Moskva ilə aparılan sülh dialoqunda müsbət dinamikanın müşahidə olunduğunu və qısa müddət ərzində yekun müqavilənin imzalana biləcəyini diqqətə çatdırıb.
"Hər kəs müharibənin yekunlaşmalı olduğunu dərk edir. Məhz bu səbəbdən müzakirələr davam edir. Prosesin çox uzanacağını zənn etmirəm", - deyə Budanov bildirib.
Prezident Volodimir Zelenskinin aparat rəhbəri əlavə edib ki, indiyə kimi vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə tərəflər maksimalist yanaşmalarından çıxış etsələr də, artıq yavaş-yavaş ortaq məxrəcə gəlirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Artemis II" astronavtlarının Yerə eniş edəcəyi ərazi açıqlanıb
Aya uçuş həyata keçirmiş "Artemis II" missiyası üzrə astronavtların enişdən sonra xilasetmə əməliyyatı ABŞ-nin Kaliforniya ştatının San-Dieqo sahilləri yaxınlığında baş tutacaq.
DünyaƏfqanıstanda silahlılar parkda ziyarətçilərə atəş açıb: Ölən və yaralananlar var
Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum silahlılar parkda istirahət edən insanlara atəş açıblar.
DünyaPakistanın baş naziri: "ABŞ və İran arasında danışıqlar aprelin 11-də başlayacaq"
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ABŞ və İran arasında sülh danışıqlarının aprelin 11-də paytaxt İslamabadda başlayacağını bildirib.
DünyaAvropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Avropa qarşıdakı yay mövsümündə ciddi aviasiya yanacağı çatışmazlığı riski ilə üzləşə bilər. Bu səbəbdən bir sıra ölkələrdə hava nəqliyyatının fəaliyyətində problemlərin yaranması mümkündür.