
Rusiyada şəhər meri saxlanıldı - DETALLAR
Rusiyanın Ufa şəhərinin meri Ratmir Mavliyev iş otağında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Rusiyanın Ufa şəhərinin meri Ratmir Mavliyev iş otağında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gundem.today xəbər verir ki, bu informasiyanı "KP-Ufa" nəşri yayımlayıb.
Məlumata görə, mer dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Başqırdıstan idarəsinin Petropavlovskaya küçəsində yerləşən binasına aparılıb.
Nəşrin mənbələri vurğulayırlar ki, şəhər rəhbərinə qarşı istintaq hərəkətləri həyata keçirilir. Ehtimal olunur ki, Ratmir Mavliyevə "Raduqa" sanatoriyasına məxsus torpaq sahəsinin satılması barədə suallar ünvanlanıb. Xatırladaq ki, mart ayında "Proof" portalı qeyd olunan torpaq sahəsi üzrə dələduzluqda şübhəli bilinən Ufa Vahid Regional Səhiyyənin Mühafizəsi Mərkəzinin baş direktoru Ayqel Vinnikovaya qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Şəhər merinin saxlanılması Ufa administrasiyasının gündəlik fəaliyyətinə heç bir təsir göstərməyib.
Qeyd edək ki, daha əvvəl Krımsk meri Yanis Budaqovun 2025-ci ilin dekabr ayında həbs edilməsi barədə xəbər dərc etmişdi. Sözügedən şəxs də bələdiyyəyə məxsus torpaqların mənimsənilməsi və fırıldaqçılıq əməllərində şübhəli bilinirdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇinlilərin sayı Fransanın əhalisi qədər azalacaq
Çində aparılan araşdırmalara görə, yaxın 10 ildə ölkə əhalisinin sayı təxminən 60 milyon nəfər azalacaq.
DünyaStarmer: "İrandakı müharibə britaniyalıların bəzi vərdişlərini dəyişdirə bilər"
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, İrandakı müharibənin fəsadlarına görə britaniyalılar böyük ehtimalla bəzi vərdişlərini dəyişmək məcburiyyətində qalacaqlar.
DünyaMoskvada elit yaşayış binasının tikintisində yanğın: Ölənlər və yaralananlar var - VİDEO
Moskvada elit yaşayış binasının tikinti sahəsində baş verən yanğın nəticəsində üç nəfər həlak olub.
DünyaBeş milyonluq ov başa çatdı: ABŞ-nin axtardığı şəxsi helikopterlərlə sıxışdırıb tutdular - FOTO
Amerika Birləşmiş Ştatları tərəfindən tutulmasına görə beş milyon dollar mükafat vəd edilən "El Jardinero" (Bağban) ləqəbli tanınmış narkobaron Meksikada saxlanılıb.