Son dəqiqə
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılarının katerini vurdu: Ölənlər var - VİDEOÇin ən böyük LNG tankerini təqdim etdiMisli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqibPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 27.04.2026Demensiyadan qoruyan ideal yuxu müddəti məlum olduBir milyon dollara cəmi 16 kvadratmetrlik ev: Dünyanın ən bahalı şəhəri açıqlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiyalı ekspert dünyada ən nadir metalın adını çəkdi
Rusiyalı ekspert dünyada ən nadir metalın adını çəkdi
Dünya

Rusiyalı ekspert dünyada ən nadir metalın adını çəkdi

Bu gün
06:31
0 baxış
Paylaş:

"Süni yolla sintez edilən kalifornium dünyada ən nadir metaldır".

"Süni yolla sintez edilən kalifornium dünyada ən nadir metaldır".

Gundem.today "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Yevgeni Vişnevski bildirib.

"Əgər bütün metalları, o cümlədən insan tərəfindən sintez edilənləri nəzərdən keçirsək, nadirlik üzrə mütləq rekordçu kaliforniumdur. Əgər yerin dərinliklərindən çıxarıla bilən təbii, sabit metallardan danışsaq, birincilik osmiuma məxsusdur", - deyə Y.Vişnevski vurğulayıb.

Ekspert izah edib ki, kalifornium yalnız Rusiyada və ABŞ-də yerləşən nüvə reaktorlarında süni şəkildə sintez olunur və şüa terapiyasında, həmçinin metalların tədqiqində geniş istifadə edilir.

O qeyd edib ki, bu metalın əldə edilməsi son dərəcə mürəkkəb və yüksək texnoloji proses olduğuna görə çox kiçik miqdarlarda ölçülür. Mütəxəssisin sözlərinə görə, kaliforniumun qiyməti bir qram üçün onmilyonlarla dollara çata bilər.

Y.Vişnevski əlavə edib ki, ən nadir təbii metal olan osmium Cənubi Afrika Respublikası, Rusiya, ABŞ, Kanada və Qazaxıstanda platin, nikel və mis filizlərinin tərkibində çox kiçik miqdarlarda əldə olunur.

Osmium və onun ərintiləri reaktiv mühərriklərin hissələrinin, qələm uclarının, vinil pleyer iynələrinin və cərrahi alətlərin hazırlanmasında istifadə edilir. Ekspert qeyd edib ki, bu metalın qiyməti təmizliyindən və izotopundan asılı olaraq bir qram üçün 1 500-10 000 dollar arasında dəyişə bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Rusiya_Federasiyası#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Qazaxıstan#Rusiya#Nadir_metallar

Oxşar Xəbərlər

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılarının katerini vurdu: Ölənlər var - VİDEODünya

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılarının katerini vurdu: Ölənlər var - VİDEO

ABŞ hərbçiləri Sakit okeanda narkotik alverçiləri tərəfindən istifadə edildiyi iddia olunan katerə zərbə endirib, nəticədə üç nəfər ölüb.

Bu gün
08:400
Çin ən böyük LNG tankerini təqdim etdiDünya

Çin ən böyük LNG tankerini təqdim etdi

Çinin "China Merchants Heavy Industry" şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün ən böyük tankeri inşa edib və sifarişçiyə təhvil verib.

Bu gün
08:310
Şok statistika: Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkirDünya

Şok statistika: Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkir

"25-35 yaş arası insanların 30 faizə qədəri mütəmadi olaraq unutqanlıq və diqqətin zəifləməsi ilə üzləşir".

Bu gün
05:310
Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıbDünya

Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıb

Fransanın birinci xanımı Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən və keçmişinə dair maraqlı məqamlardan danışıb. O, bəzən saray həyatının onu yorduğunu etiraf edib.

Bu gün
04:020