Son dəqiqə
PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunubKeçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEOAzərbaycanda bir ilk: AFFA məşhur Yohan Kroyf İnstitutu ilə tərəfdaşlığa imza atdıŞagird yerdəyişməsi müvəqqəti dayandırılırİran danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərir?"Roma"da şok ayrılıq: Klaudio Ranyeri Qasperiniyə görə vəzifəsini tərk edir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Dünya

Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO

Bu gün
15:08
0 baxış
Paylaş:

Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.

Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.

Gundem.today xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, "Dünyanın ən təhlükəsiz ölkəsində" daşınmaz əmlaka olan tələbat üç dəfə artıb.

Məlumata əsasən, Yaxın Şərqdə baş verən hadisələr fonunda Yeni Zelandiya rieltorları daşınmaz əmlak seçimi ilə bağlı rusiyalı zənginlərdən müraciətlərin kəskin artdığını bildirirlər. Əsasən, rusdilli icmanın olduğu şəhərlərə üstünlük verilir. Bunlara Oklənd, Vellinqton və Kraystçörç daxildir.

Daşınmaz əmlakın qiyməti 23 milyon rubldan (təxminən 500 min manat) başlayır və 200 milyona (təxminən 4.5 milyon manat) qədər çatır. Yeraltı sığınacaqları olan kotteclər xüsusi VIP seqment hesab olunur. Yerli agentliklərin verdiyi məlumata görə, bu cür obyektlər yalnız yoxlanışdan keçmiş elit müştərilərə göstərilir. Eyni zamanda, hazır evə əlavə olaraq bunker də tikdirmək mümkündür. Bunun xərci isə dörd milyondan (təxminən 90 min manat) 40 milyon rubla (təxminən 900 min manat) qədər dəyişir.

Hazırda ən ucuz variant - partlayışa və qaza davamlı lükü, həmçinin sukeçirməz kompozit konstruksiyası olan kiçik otaqdır. Əlavə olaraq hava filtrasiyası sistemləri (kimyəvi, bioloji, radioloji, partlayışdan qorunan və nüvə), eləcə də alov və qığılcımların yayılmasının qarşısını alan xüsusi qoruyucu avadanlıqlar quraşdırmaq olar. Daha bahalı təkliflər isə tamölçülü yeraltı mənzillərdir. Lüks bunkerlər çoxuşaqlı ailələri və bütöv qrupları yerləşdirmək imkanına malikdir. Onlar tam təchiz olunub və orada uzun müddət yaşamaq mümkündür.

Lakin bəzi nüanslar mövcuddur. "Təhlükəsiz ölkədə" hazır evləri indi yalnız yaşamaq icazəsi olanlar və ya zəngin investorlar üçün nəzərdə tutulmuş yerli "qızıl viza" sahibləri ala bilərlər. Digər əcnəbilərə isə yalnız yeni tikililərdəki mənzilləri, xüsusi kompleksləri və torpaq sahələrini almağa icazə verilir. Rusiya vətəndaşları məhz bu imkandan istifadə edirlər. Onlar torpaq sahələri alaraq, orada təqribən 100 kvadratmetr sahəsi olan sığınacaqlı evlər tikirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Yeni_Zelandiya_daşınmaz_əmlak#bunkerli_evlər#rusiyalı_iş_adamları#Üçüncü_Dünya_müharibəsi_sığınacaq#Oklənd_ev_alqı-satqısı#qızıl_viza_Yeni_Zelandiya#yeraltı_bunker_qiymətləri#təhlükəsizlik#nüvə_sığınacaqları#daşınmaz_əmlak_investisiyası#xaricdə_ev_almaq.

Oxşar Xəbərlər

Keçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEODünya

Keçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO

"Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil".

Bu gün
17:460
İran danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərir?Dünya

İran danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərir?

İran danışıqlar aparmaq məqsədilə Pakistana öz nümayəndə heyətini yola salır.

Bu gün
17:400
Norveçdə yaşı 16-dan az olanların sosial şəbəkələrə girişi QADAĞAN EDİLİRDünya

Norveçdə yaşı 16-dan az olanların sosial şəbəkələrə girişi QADAĞAN EDİLİR

Norveç hökuməti bu ilin sonunadək 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qanun layihəsini parlamentə təqdim edəcək.

Bu gün
17:320
"Hizbullah" İsrailə məxsus PUA-nı vurdu - VİDEODünya

"Hizbullah" İsrailə məxsus PUA-nı vurdu - VİDEO

"Hizbullah" qruplaşması Livanın cənubunda İsrailə aid pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu gün
17:200