
Sabah hava necə olacaq? - 29.04.2026
Azərbaycanda aprelin 29-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Azərbaycanda aprelin 29-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 60-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıtın bir hissəsi niyə susuz qalıb? - RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhərinin 3-cü və 5-ci mikrorayonunda suyun verilişində fasilə yaranıb.
CəmiyyətŞirvanda peşə liseyinə yeni direktor təyin edilib - FOTO
Şirvan Peşə Liseyinə yeni direktoru təyin olunub.
Cəmiyyət"BakuBus" sürücüsünün davranışı müzakirə yaratdı: "İkinci zolaqda saxlayıb aptekə getdi"
Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə bağlı diqqətçəkən hadisə baş verib.
CəmiyyətAAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra vəzifəli şəxslər işdən çıxarılıblar. İddia olunur ki, həmin şəxslər qurumda aparılan yoxlama zamanı aşkarlanan pozuntulara görə vəzifədən azad olunublar.