Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Sabiq nazir: "Dəmir yumruq" ermənilərin yarısını "miatsum" xəstəliyindən sağaltdı"
Sabiq nazir: "Dəmir yumruq" ermənilərin yarısını "miatsum" xəstəliyindən sağaltdı"
Siyasət

Sabiq nazir: "Dəmir yumruq" ermənilərin yarısını "miatsum" xəstəliyindən sağaltdı"

17:14
0 baxış
Paylaş:

"Ötən beş il ərzində "Dəmir yumruq" "miatsum" adlanan "siyasi şizofreniya"dan erməni vətəndaşlarının 50%-ni sağaltdı".

"Ötən beş il ərzində "Dəmir yumruq" "miatsum" adlanan "siyasi şizofreniya"dan erməni vətəndaşlarının 50%-ni sağaltdı".

Bu fikirləri Gundem.today-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Azərbaycan sülh prosesini davam etdirmək istəyir:

"Sülhün təşəbbüskarı Azərbaycan olub. 2021-ci ildən beş baza prinsipini irəli sürmüşük. Ötən il, nəhayət, ABŞ-də Donald Trampın da iştirakı ilə sülh sazişi paraflandı. Sülh müqaviləsinin imzalanması üçün yeganə tələb Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir. Həmin sənədin 202-ci maddəsində yazılıb ki, dəyişikliklər mütləq referendumla baş tutmalıdır. Referendumun keçirilməsinə isə mütləq çoxluq razılıq verməlidir. Bu da təxminən 75-76 deputat deməkdir. Hazırkı nəticələrə görə isə bu çoxluq Vətəndaş Müqaviləsi Partiyası tərəfindən təmin olunmayıb. Görünür, beş il ərzində erməni əhalisinin 50 faizi "xəstəlikdən müalicə olunub". Yerdə qalan əhali isə revanşistdir. Bu da problemdir".

Sabiq XİN rəhbəri bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa, sülh prosesinə zərbə vurula bilər:

"Sabah Paşinyanı əvəz edən qüvvə fərqli bəyanatlar verə bilər. Bizdə isə başqa təcrübə var. Erməniləri sülhə gətirmək üçün biz "Dəmir yumruq" təcrübəsindən istifadə etməliyik. Cəmiyyət, dövlət olaraq hər şeyə hazır olmalıyıq. Hakim partiya müxalifətlə koalisiya yarada bilər. Lakin bir məsələ var: sanki Ermənistan "dərin dövləti" işğalçı ideyadan əl çəkməyib, ancaq görüntü yaratmaq istəyirlər ki, Paşinyan hakimiyyəti sülh istəyir. Səhərdən axşama qədər sülhdən danışırlar, amma işğal ideologiyasından əl çəkmirlər. Həmişə deyilir ki, kənar təsirlər sülhə mane olurlar. İndi də parlament vasitəsilə buna mane olmağa çalışacaqlar. Hazırkı məqamda mümkün qarşıdurma riskinə hazır olmalıyıq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Tofiq_Zülfüqarov#dəmir_yumruq#sülh_prosesi#Ermənistan#Azərbaycan#miatsum#revanşizm#sülh_sazişi#Paşinyan#konstitusiya_dəyişikliyi#referundum#dərin_dövlət#işğal_ideologiyası#Vətəndaş_müqaviləsi#XİN#Donald_Tramp#koalisiya#parlament_seçkiləri

Oxşar Xəbərlər

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEOSiyasət

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEO

Fransanın illərlə davam edən müstəmləkəçilik siyasətinin ən ağır nəticələrindən biri xlordekon qalmaqalı olub. Hazırda rəsmi Parisin dənizaşırı ərazilərdə yaratdığı bu ağır fəsadların aradan qaldırılması istiqamətində ilk addımlar atılır.

22:000
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilibSiyasət

Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020
Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıbSiyasət

Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıb

Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

19:580
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilibSiyasət

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020