
Sabiq səfir: "Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı son bir ildə baş verən ən mühüm hadisə Ağ Evdə keçirilən görüş oldu"
"Hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı son bir ildə baş verən ən mühüm hadisə, şübhəsiz ki, Ağ Evdə keçirilən görüş oldu. Həmin görüşdən sonra Prezident İlham Əliyev bəyan etdi ki, artıq Azərbaycan və Ermənistanın sülh şəraitində yaşadığını hesab edir".
"Hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı son bir ildə baş verən ən mühüm hadisə, şübhəsiz ki, Ağ Evdə keçirilən görüş oldu. Həmin görüşdən sonra Prezident İlham Əliyev bəyan etdi ki, artıq Azərbaycan və Ermənistanın sülh şəraitində yaşadığını hesab edir".
Bu sözləri Gundem.today-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
O bildirib ki, ümumilikdə hər iki ölkənin rəhbərliyi arasında aparılan müzakirələr məhsuldar olub:
"İkinci mühüm hadisə isə Ermənistanda keçirilən parlament seçkisində Nikol Paşinyanın qələbə qazanmasıdır. Doğrudur, onlar Ermənistan konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ümumxalq referendumu prosesini başlatmaq üçün tələb olunan üçdəiki parlament çoxluğunu əldə edə bilmədilər. Bu dəyişiklik Azərbaycanın narahat olduğu məsələlərin, xüsusilə də Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə aydın münasibətin olmaması ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi daşıyır. Bu məsələ hələ də öz həllini gözləyir. Lakin Prezident İlham Əliyevin və digər yüksəkvəzifəli Azərbaycan rəsmilərinin də qeyd etdiyi kimi, iki ölkə arasında hələlik yekun sülh müqaviləsi imzalanmasa da, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır və bu sülh günü-gündən daha da möhkəmlənir".
"Mən hesab edirəm ki, hazırda davam edən bu proses çox əhəmiyyətlidir. Buraya Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, avtomobil və dəmir yollarının, enerji infrastrukturunun, yaxın gələcəkdə təbii qaz, bəlkə də neft məhsulları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi daxildir. Azərbaycan, Ermənistan və Türkiyə arasında qarşılıqlı əlaqələrin güclənməsi artıq mövcud olan sülh mühitini daha da möhkəmləndirir.
Ermənistan konstitusiyasına Azərbaycanın gözlədiyi dəyişikliklərin edilib-edilməyəcəyi isə hələ gələcəyin məsələsidir. Bunun necə nəticələnəcəyini zaman göstərəcək. Əsas məsələ odur ki, hər iki ölkə bir-biri ilə və regiondakı tərəfdaşları, o cümlədən Mərkəzi Asiya ölkələri və Türkiyə ilə əməkdaşlığı genişləndirsin, qarşılıqlı bağlantılara investisiyaları artırsın və ölkələri getdikcə daha sıx şəkildə bir-birinə bağlayan ticarət münasibətləri formalaşdırsın. Bu prosesdə isə, xüsusilə investisiyalar vasitəsilə, ABŞ-nin aparıcı rol oynayaraq bu əməkdaşlığın inkişafına dəstək verməsi vurğulanır", - deyə sabiq səfir fikrini yekunlaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan-ABŞ münasibətlərində yeni dövr: Vensin Bakı səfəri Vaşinqton sammitinin məntiqi davamı oldu
Azərbaycan və ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası, vitse-prezident J.D. Vensin Bakı səfəri və Vaşinqtonda paraflanan tarixi sülh sazişi barədə ən son xəbərləri oxuyun. Cənubi Qafqazda yaranan yeni geoiqtisadi reallıqlar.
SiyasətAvropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının tarixi əhəmiyyəti. Prezident İlham Əliyevin "sülhə məcburetmə" siyasəti və beynəlxalq hüquq müstəvisində qazanılan diplomatik zəfərin təfərrüatları.
SiyasətABŞ-nin Azərbaycan siyasətində dönüş nöqtəsi: Ədalətsiz qərar tam ləğv ediləcəkmi?
Donald Trampın 907-ci düzəlişin tətbiqini dayandırması Azərbaycan-ABŞ münasibətlərində nə vəd edir? Ekspertlərin şərhləri və yeni siyasi reallıqlar.
SiyasətPasportunu gözləyən sülh - FOTO
Vaşinqton zirvəsində sülh sazişinin mətni paraflanıb, lakin imza hələ atılmayıb. Azərbaycan Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasını sülhün əsas şərti kimi irəli sürür. Prosesin gələcəyi və Cənubi Qafqazın yeni geosiyasi mərhələsi barədə təfərrüatlar.