Son dəqiqə
"Qəbələ" gənc futbolçusu ilə yeni müqavilə imzaladıŞanlıurfada liseyin qarşısında atışma: Yeddi nəfər yaralandı - VİDEOAzərbaycanda MEYİT DONORLUĞU: 70-dən çox insana həyat verilibBahar Muradova: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda aktiv şəkildə iştirak edirlər"Bakının mərkəzində yol çökdü - FOTO"Ukrayna dairəsi"ndə yerüstü keçiddə PROBLEM yarandı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şabranda hotelin fəaliyyəti DAYANDIRILDI - SƏBƏB - VİDEO
Şabranda hotelin fəaliyyəti DAYANDIRILDI - SƏBƏB - VİDEO
Cəmiyyət

Şabranda hotelin fəaliyyəti DAYANDIRILDI - SƏBƏB - VİDEO

Bu gün
09:48
0 baxış
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən "Bağçalı" hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

"Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır, obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib, ⁠yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb, obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb, obyektin tüstü bacası təmizlənməyib, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən "Bağçalı" hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda vurğulanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#fhn#şabran_rayonu#bağçalı_oteli#yanğın_təhlükəsizliyi#rəhimli_kəndi#dövlət_yanğın_nəzarəti_xidməti#otelin_fəaliyyəti_dayandırıldı#yanğın_qaydaları#yoxlama.

Oxşar Xəbərlər

Azərbaycanda MEYİT DONORLUĞU: 70-dən çox insana həyat verilibCəmiyyət

Azərbaycanda MEYİT DONORLUĞU: 70-dən çox insana həyat verilib

"Bu günə qədər beyin ölümü keçirmiş 13 donordan 73 orqan və toxuma transplantasiya edilib".

Bu gün
11:480
Bahar Muradova: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda aktiv şəkildə iştirak edirlər"Cəmiyyət

Bahar Muradova: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda aktiv şəkildə iştirak edirlər"

"Qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi, onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir".

Bu gün
11:470
"Ukrayna dairəsi"ndə yerüstü keçiddə PROBLEM yarandı - FOTOCəmiyyət

"Ukrayna dairəsi"ndə yerüstü keçiddə PROBLEM yarandı - FOTO

Bakının Xətai rayonunda, "Ukrayna dairəsi" adlanan ərazidəki yerüstü piyada keçidində liftin işləməməsi ciddi problem yaradır.

Bu gün
11:400
Şahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTOCəmiyyət

Şahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTO

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub.

Bu gün
11:320