
Sabunçuda diabet xəstələri dərman ala BİLMİRLƏR – Sistem ÇÖKÜB
Sabunçu rayonunda yerləşən 12 saylı şəhər poliklinikasında diabet xəstələrinin dərman təminatında çətinlik yaranıb.
Sabunçu rayonunda yerləşən 12 saylı şəhər poliklinikasında diabet xəstələrinin dərman təminatında çətinlik yaranıb.
Gundem.today-a daxil olan məlumata görə, artıq bir neçə gündür pasiyentlərə elektron sistemdə problem olduğu bildirilir və bu səbəbdən dərman talonlarının verilməsində gecikmələr baş verir.
Qeyd olunur ki, bu hal ilk deyil, əvvəllər də oxşar hallar qeydə alınıb və xəstələr insulin, digər dərman preparatlarını vaxtında əldə edə bilməyiblər. Dəfələrlə müraciətlər edilsə də, davamlı problemin həlli təmin olunmayıb.
Xüsusilə I tip diabet xəstələri üçün vəziyyət daha kritikdir. Onların gündəlik insulinə ehtiyacı olduğundan çətinlik uzandıqca bəzi şəxslər dərmanları öz vəsaitləri hesabına almağa məcbur qalırlar.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək - FOTO
Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.
CəmiyyətUşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTO
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, 2026-cı ilin 19-25 aprel tarixlərində ölkəmizdə "İmmunlaşdırma həftəsi" keçirilir. Səhiyyə naziri bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatə səviyyəsinin artırılması nəzərdə tutulur.
CəmiyyətSumqayıtda dəm qazından zəhərlənən uşaqdan sonuncusu EVƏ BURAXILIB
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
CəmiyyətAzərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış - FOTO
Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib.