
Sadettin Sarandan "Fənərbağça" futbolçularına çempionluq yolunda MİLYONLUQ VƏD
"Fənərbağça"nın prezidenti Sadettin Saran çempionluq yolunda komandasını həvəsləndirmək üçün yeni addım atıb.
"Fənərbağça"nın prezidenti Sadettin Saran çempionluq yolunda komandasını həvəsləndirmək üçün yeni addım atıb.
Gundem.today "Fanatik" nəşrinə istinadən xəbər verir ki, o, mövsümün sonunda titul qazanılacağı təqdirdə futbolçulara nəhəng mükafat vəd edib.
İstanbul nəhənginin rəhbəri qarşıdakı həlledici beş görüşün hamısında qələbə qazanılarsa, kollektivə 10 milyon avro dəyərində bonus ödəyəcək.
Bununla yanaşı, Saran komandadakı əhvali-ruhiyyəni daha da yüksəltmək məqsədilə futbolçuların bu günə qədər yığılıb qalan bütün maaşlarını tam şəkildə ödəyib.
Qeyd edək ki, arxada qalan 29 turdan sonra 66 xala malik olan "Fənərbağça" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionatın lideri "Qalatasaray"ın aktivində isə 68 xal var. İki əzəli rəqib aprelin 26-da möhtəşəm derbidə üz-üzə gələcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFutbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilir
"Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis gəncləri futbola cəlb etmək üçün oyun qaydalarında radikal dəyişikliklər təklif edib.
İdmanAvstraliyalı sprinter Useyn Boltun dünya rekordunu yenilədi
Avstraliyalı sprinter Qout Qout 20 yaşadək idmançılar arasında 200 metr məsafəyə qaçışda daha əvvəl yamaykalı səkkizqat Olimpiya çempionu Useyn Bolta məxsus dünya rekordunu yeniləyib.
İdmanYaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
Nüfuzlu "The Athletic" nəşri karyerasını davam etdirən dünyanın ən yaxşı 15 qolkiperinin adını açıqlayıb.
İdman"Qaziantep"də Burak Yılmaz dövrü başa çatdı - FOTO
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Burak Yılmaz ilə yollarını ayırdığını rəsmən elan edib.