Son dəqiqə
İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıbYaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏBSel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcəkABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi"Nar" Kitab gününü Salyanda qeyd edibİncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şahin Mustafayev: "Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır"
Şahin Mustafayev: "Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır"
Cəmiyyət

Şahin Mustafayev: "Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır"

19 aprel 2026
13:30
0 baxış
Paylaş:

"Bu gün Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən ən mühüm layihələrdən biri ortaq türk tarixinin akademik şəkildə yazılması layihəsidir".

"Bu gün Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən ən mühüm layihələrdən biri ortaq türk tarixinin akademik şəkildə yazılması layihəsidir".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına" mövzusunda təşkil olunan paneldə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu məsələ ilk dəfə Birinci Türkoloji Qurultay çərçivəsində gündəmə gətirilib:

"Türk dillərində terminologiyanın formalaşdırılması məsələsi də həmin qurultayda ən çox müzakirə olunan mövzulardan biri olmuşdur. Bu istiqamətdə Türk Akademiyasının genişmiqyaslı layihələri mövcuddur. Müxtəlif sahələr üzrə terminoloji lüğətlər hazırlanır və nəşr olunur. Bu lüğətlər doqquz türk dilini, eləcə də ingilis və rus dillərində terminləri əhatə edir. Hazırlanan bu terminoloji lüğətlər gələcəkdə ortaq türk terminologiyasının formalaşmasına və inkişafına ciddi töhfə verəcək mühüm elmi baza rolunu oynayır".

"Türk dünyasında mövcud olan arxeoloji və memarlıq abidələrinin geniş inventarı hazırlanıb və artıq üçcildlik nəşr kimi təqdim olunub. Ümumilikdə, bu gün türkologiya sahəsində həyata keçirilən bir çox təşəbbüslər məhz Birinci Türkoloji Qurultay zamanı müzakirə edilmiş və formalaşmış ideyalara əsaslanır. Bu baxımdan, həmin qurultay türk dünyasının intellektual, mədəni və tarixi inkişafında son dərəcə mühüm rol oynamışdır", - Ş.Mustafayev bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Antalya_Diplomatiya_Forumu

Oxşar Xəbərlər

Sel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcəkCəmiyyət

Sel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcək

Tərtərçay ətrafında sel və daşqın sularından mühafizə tədbirləri üçün işlər görüləcək.

Bu gün
12:320
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayırCəmiyyət

İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır

"27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir".

Bu gün
12:240
"Ermənilərin əsassız ittihamları vəziyyəti gərginləşdirə bilər" – İcma sədrindən İrəvana ÇAĞIRIŞCəmiyyət

"Ermənilərin əsassız ittihamları vəziyyəti gərginləşdirə bilər" – İcma sədrindən İrəvana ÇAĞIRIŞ

"Ermənilərin işğaldan azad edilmiş ərazilərdə guya "erməni irsinin dağıdılması" barədə yaydıqları ənənəvi iddiaların özü bir daha bu yanaşmanın əsassız olduğunu göstərir. Çünki söhbət 30 il işğal altında saxlanılan, bir milyona yaxın azərbaycanlının öz doğma yurdundan didərgin salındığı Azərbaycan ərazilərindən gedir".

Bu gün
12:200
Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEOCəmiyyət

Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEO

Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.

Bu gün
11:560