
SAXAL Livanda əməliyyat başlayandan "Hizbullah"ın 1400 üzvünün öldürüldüyünü açıqlayıb
İsrail ordusu Livanda keçirilən əməliyyatlar zamanı "Hizbullah"ın 1 400-dən çox üzvünün öldürüldüyünü iddia edib.
İsrail ordusu Livanda keçirilən əməliyyatlar zamanı "Hizbullah"ın 1 400-dən çox üzvünün öldürüldüyünü iddia edib.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
Bildirilib ki, döyüş əməliyyatları martın 2-dən davam edir. Bu müddətdə Livan ərazisinə endirilən zərbələr nəticəsində 4 300-dən çox hərbi infrastruktur obyekti məhv edilib.
Eyni dövrdə İsrail tərəfi 12 hərbçisinin həlak olduğunu açıqlayıb.
Qeyd edək ki, İsrail Livanda əməliyyatlara martın 2-də başlayıb. "Hizbollah" İsrail ərazisinə zərbələr endirməyə başladıqdan sonra qarşıdurma genişlənib. Rəsmi açıqlamalara görə, əməliyyatın məqsədi Litani çayının cənubunda bufer zona yaratmaq və İsrailin şimal yaşayış məntəqələrini atəşdən qorumaqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaƏfqanıstanda silahlılar parkda ziyarətçilərə atəş açıb: Ölən və yaralananlar var
Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum silahlılar parkda istirahət edən insanlara atəş açıblar.
DünyaPakistanın baş naziri: "ABŞ və İran arasında danışıqlar aprelin 11-də başlayacaq"
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ABŞ və İran arasında sülh danışıqlarının aprelin 11-də paytaxt İslamabadda başlayacağını bildirib.
DünyaAvropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Avropa qarşıdakı yay mövsümündə ciddi aviasiya yanacağı çatışmazlığı riski ilə üzləşə bilər. Bu səbəbdən bir sıra ölkələrdə hava nəqliyyatının fəaliyyətində problemlərin yaranması mümkündür.
DünyaUkrayna ordusu Xəzər dənizində Rusiya platformalarını vurub
Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Rusiya ordusunu yanacaqla təmin edən iki qazma platformasına zərbə endirib.