
SAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza şəhəri ərazisində HƏMAS radikal qruplaşmasının üç yüksəkrütbəli nümayəndəsini, o cümlədən rabitə şöbəsinin başçısını məhv etdiyini bildirib.
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza şəhəri ərazisində HƏMAS radikal qruplaşmasının üç yüksəkrütbəli nümayəndəsini, o cümlədən rabitə şöbəsinin başçısını məhv etdiyini bildirib.
Gundem.today xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
"SAXAL Qəzza şəhərində HƏMAS-ın rabitə bölməsinin komandirini məhv edib. Həyata keçirilən daha bir zərbə nəticəsində isə hərəkatın istehsalat bölməsinin iki komandiri öldürülüb", - deyə ordu mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur.
Hərbi qurumdan vurğulanıb ki, hücumlardan əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün müəyyən tədbirlər görülüb. Bu addımların sırasına yüksək dəqiqlikli döyüş sursatlarının tətbiq edilməsi və havadan müşahidənin aparılması daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ İranı növbəti dəfə hədələdi
Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İranın dəniz blokadasını davam etdirərək, Tehranın yanlış addım atacağı təqdirdə ölkənin enerji infrastrukturuna hücum edə bilər.
DünyaABŞ Suriyadan çıxdı: 12 illik hərbi missiyaya son qoyuldu
Birləşmiş Ştatlar Yaxın Şərq regionunda yerləşən dövlətlərdən birindəki hərbi fəaliyyətini yekunlaşdırıb.
DünyaHörmüz boğazında yeni marşrut: İran gəmiləri ABŞ blokdasını necə yardılar?
İranla əlaqəsi olan ən azı üç gəmi Hörmüz boğazından Fars körfəzinə daxil olarkən ABŞ-nin tətbiq etdiyi blokadanı yarmaq məqsədilə əvvəllər istifadə olunmayan marşrutu seçib.
Dünyaİtaliyada banka hücum oldu: İyirmiyə yaxın şəxs girov götürüldü - FOTO - VİDEO
İtaliyanın Neapol şəhərində banklardan birində 20-yə yaxın şəxs girov götürülüb.