Son dəqiqə
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıbÇexiyada silah zavodunu yandırmaqda ittiham olunan altı nəfər həbs olunduBəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"Ağdamda gənc FACİƏLİ şəkildə öldüSürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaqKİV: ABŞ İranla əlaqəli gəmiləri beynəlxalq sularda ələ keçirəcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - FOTO
Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - FOTO
İqtisadiyyat

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - FOTO

Bu gün
17:10
0 baxış
Paylaş:

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər.

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər.

Qızılın qiymətinin kəskin bahalaşması bu sahəyə marağı artırmaqla yanaşı, dələduzluq risklərini də yüksəldib. Xüsusilə investisiya və ya yığım məqsədilə qızıl alan vətəndaşlar üçün bazarda qeyri-şəffaflıq problemi daha qabarıq hiss olunur. Alıcılar iddia edirlər ki, bəzi satışa təqdim olunan qızıl məmulatlarının üzərində göstərilən əyar ilə faktiki tərkibi arasında uyğunsuzluq var.

Bu halda alıcılar aldıqları qızılın həqiqətən təmiz və göstərilən əyara uyğun olub-olmadığını necə müəyyənləşdirə bilərlər? Qızılın keyfiyyətini yoxlatdırmaq üçün hansı rəsmi və etibarlı mexanizmlər mövcuddur?

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə...

Qızıl işi ilə məşğul olan Aynurə Qələndərova deyir ki, fırıldaqçılıq halları daha çox brilyant və yüksək əyar qızıllarda müşahidə olunur: "Qızılın dünya bazarındakı qiyməti hər gün dəyişdiyi üçün alış zamanı fərqli mənbələrdən müqayisə aparmaq tövsiyə olunur. Bu yanaşma iki baxımdan faydalıdır. Birincisi, məhsulun cari bazar dəyərini düzgün qiymətləndirməyə imkan verir, ikincisi isə potensial fırıldaqçılıq risklərini minimuma endirir".

Qızıl satıcısı bildirir ki, qızılın qiyməti əyarları və istehsal edildiyi ölkəyə görə dəyişir: "Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə, mütəxəssisə yoxlatması məsləhət görülür. Bunun üçün xüsusi lazer aparatları var ki, bu cihazlarda qızılın içindəki əyar, qiymətli daşların çəkisi, xalisliyi və digər parametrləri müəyyən etmək mümkündür. Alıcı lazer aparatında yoxlama aparmasa belə, bazarda "qızıl alıram" tabeli olan yerlərdə məhsulun keyfiyyətini yoxlada bilər. Qızıl alarkən etibarlı mağaza ilə əlaqə saxlamaq və seçim etmək vacibdir. Qızılın 585, 750 və ya digər əyarlara uyğunluğunu göstərən rəsmi sənədlər də mövcuddur. Alıcı məhsulu alarkən bu sənədləri və sertifikatları tələb etməlidir".

"Bunu zahiri baxışla müəyyən etmək mümkün deyil"

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov deyir ki, qızıl bazarında fırıldaqçılıq hallarının artması ilə bağlı assosiasiyaya nadir hallarda məlumat daxil olur: "Amma zərgərlik sənayesinin inkişaf etdiyi digər ölkələrdə olduğu kimi, qiymətli metallar bazarında da ayrı-ayrı hallarda saxtakarlıq və ya aldatma faktlarına rast gəlinməsi istisna edilmir. Belə halların yaranmasına təsir göstərən əsas amillər sırasında qiymətli metalların qiymətinin artması fonunda daha çox qazanc əldə etmək meylinin güclənməsi, eləcə də alıcının məmulatın faktiki tərkibini, əyarını və keyfiyyət göstəricilərini yerində dəqiq müəyyən edə bilməməsi göstərilə bilər. Qiymətli metalların və daşların keyfiyyətinin düzgün müəyyən olunması texniki baxımdan həssas məsələdir. Bu göstəricilərin yalnız zahiri baxış əsasında etibarlı şəkildə müəyyən edilməsi mümkün olmur".

"Əyar damğası əsas şərtlərdəndir"

R.Əmircanov bildirir ki, alıcılar nəzərə almalıdırlar ki, "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əsasən, qanunvericilikdə nəzərdə tutulmuş istisnalar çıxılmaqla, Azərbaycan Respublikasında istehsal edilən, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: "Buna görə də alınması nəzərdə tutulan məmulatın üzərində dövlət əyar damğasının mövcudluğu əsas şərtlərdən biri hesab edilməlidir. Bununla yanaşı, qiymətli daşlara münasibətdə sertifikatlaşdırma, ekspertiza və diaqnostika ilə bağlı məsələlər də qanunvericiliklə tənzimlənir".

Ən çox rast gəlinən saxtakarlıq üsullarına gəldikdə isə, mütəxəssis bildirir ki, belə hallardan biri aşağı əyarlı məmulatın daha yüksək əyarlı kimi təqdim olunmasıdır: "Həmçinin məmulatın çəkisi və ya üzərindəki daşlarla bağlı alıcının yanlış məlumatlandırılması da saxtakarlıq üsulları sırasına aid edilə bilər. Alıcı ilk növbədə məmulatın üzərində dövlət əyar damğasının olub-olmamasına, həmçinin göstərilən əyarın qanunvericilikdə nəzərdə tutulmuş standart əyarlardan birinə uyğun gəlib-gəlmədiyinə diqqət yetirməlidir. Qızıl üçün müəyyən edilmiş standart əyarlar 375, 500, 583, 585, 750, 958 və 999-dur. Əgər məmulatda qiymətli daşlardan istifadə olunubsa, həmin daşın xüsusiyyətlərini təsdiq edən ekspertiza sənədinin və ya sertifikatın təqdim olunması alıcının hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Peşəkar yoxlama necə aparılır?

Mütəxəssis bildirir ki, peşəkar yoxlama zamanı, bir qayda olaraq, rentgen-flüoresans analizi (XRF) kimi qeyri-dağıdıcı üsullardan, zərurət yarandıqda isə kupelyasiya üsulundan (od sınağı), eləcə də digər laborator-analitik metodlardan istifadə olunur: "Beynəlxalq praktikada XRF üsulu məmulatın tərkibinin operativ qiymətləndirilməsi üçün, kupelyasiya üsulu isə qızılın tərkibinin daha yüksək dəqiqliklə müəyyən edilməsi ü

#İqtisadiyyat#qızıl#qızılın_əyarı#zərgərlik_məmulatları#saxta_qızıl#investisiya#qiymətli_metallar#qızılın_yoxlanılması#qızıl_sertifikatı#dövlət_əyar_damğası#qızıl_bazarı#dələduzluq#brilyant#Azərbaycan_Zərgərlər_Assosiasiyası

Oxşar Xəbərlər

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?İqtisadiyyat

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?

2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollara çataraq 11.7% artım nümayiş etdirib. Bu dinamika iqtisadi şaxələndirmə strategiyasının uğuru kimi qiymətləndirilir.

Bu gün
12:020
Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Bu gün
09:080
Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcəkİqtisadiyyat

Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcək

Astara rayonunun üç kəndinin sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Bu gün
00:480
DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcəkİqtisadiyyat

DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcək

Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi işləri həyata keçirəcək.

Dünən
17:180