Son dəqiqə
Ortaq gigiyena vasitələri hansı fəsadlara yol açır?Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir? - VİDEOTəbiəti necə qoruyuruq? - Real fayda, yoxsa sadəcə görüntü?Bal ayına yollanan ispan həkimin ayağını köpəkbalığı qopardıŞekspirin Londondakı evinin dəqiq yeri müəyyən edilib - FOTOGündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEO
Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEO
Cəmiyyət

Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEO

Bu gün
05:00
0 baxış
Paylaş:

Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.

Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.

Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, suyun səviyyəsi artmaqda davam edir.

Söhbət paytaxt Bakının Sabunçu rayonu, Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksindən gedir.

Sakinlər bildirirlər ki, günlərdir davam edən problem onların həyat və yaşayış şəraitini çətinləşdirib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmisinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb və hazırda işlək vəziyyətdədir.

Həmçinin qeyd olunub ki, rayonun Bakıxanov qəsəbəsi, Sabunçu qəsəbəsi və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından, aramsız yağıntılar zamanı məişət, yağış və qrunt sularının kənarlaşdırılmasında çətinliklər yaranır. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, sözügedən ünvana Sabunçu Rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib. Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayət əsasında zirzəmidəki sudan nümunə götürülüb. Analizin nəticəsinə görə, zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib və sakinlərə bununla bağlı məlumat verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Azərbaycan_Dövlət_Su_Ehtiyatları_Agentliyi_(ADSEA)#Sabunçu_Rayon_İcra_Hakimiyyəti#Sabunçu_rayonu

Oxşar Xəbərlər

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir? - VİDEOCəmiyyət

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir? - VİDEO

Oxu.Az "Qanun nə deyir" adlı yeni rubrikaya start verir. Rubrika cəmiyyətin fərdlərinin hüquqi biliklərini artırmaq və insanları qanunvericilik çərçivəsində maarifləndirmək məqsədi daşıyır. Burada gündəlik həyatda qarşılaşılan məsələlər qanun prizmasından sadə və anlaşıqlı şəkildə izah olunacaq. Məqsəd hər kəsin öz hüquq və vəzifələrini bilməsinə dəstək olmaqdır.

Bu gün
05:000
Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİRCəmiyyət

Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR

Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.

Bu gün
03:000
Bakıda məşhur prospektdəki obyeklərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEOCəmiyyət

Bakıda məşhur prospektdəki obyeklərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEO

Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.

Bu gün
01:240
Bakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEOCəmiyyət

Bakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEO

Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.

Bu gün
01:240