
Şəhid ailələrinin problemini həll etmədiyi üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT
Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Gundem.today Konkret.az-a istinadla xəbər verir ki, şəhərin yeni baş memarı vəzifəsinə Fərid Məzahir oğlu Ərşadlı gətirilib.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Rəşad Əhmədəliyev çalışıb.
Xatırladaq ki, Rəşad Əhmədəliyevin işdən çıxarılmasına səbəb fəaliyyətində yol verdiyi ciddi nöqsanlar olub. İddialara görə, sabiq baş memar şəhid ailələrini, qaziləri və digər sakinləri qəbul etməkdən yayınıb, onların müraciətlərinə laqeyd yanaşıb.
Həmçinin, onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına şərait yaratması ilə bağlı şikayətlər olub. Bundan əlavə, mediada Rəşad Əhmədəliyevin çoxsaylı mülkləri və bahalı avtomobilləri barədə məlumatlar yayılmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO
Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub.
CəmiyyətBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.
CəmiyyətBakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək
Sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.
CəmiyyətQobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ
Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.