Son dəqiqə
Xaricilərin dəbini formalaşdıran azərbaycanlı dizayner: "İtaliya xəyal qurmağı, Amerika döyüşməyi öyrətdi" - FOTO - VİDEOMoskvanın bütün hava limanları uçuşları dayandırıb?AAYDA-nın üç qurumu LƏĞV OLUNDUPakistanda QIZMAR İSTİLƏR: Azı 10 nəfər öldüQəbələ, Hacıqabul və Ağsunun bəzi əraziləri QAZSIZ QALACAQÇin istehsalı termoslar təhlükə saçır: ABŞ-də üç nəfər görmə qabiliyyətini itirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şəhid mayorun SON FOTOSU: "Qapıdan çıxırdı, birdən geri qayıtdı və alnımdan öpdü"
Şəhid mayorun SON FOTOSU: "Qapıdan çıxırdı, birdən geri qayıtdı və alnımdan öpdü"
Cəmiyyət

Şəhid mayorun SON FOTOSU: "Qapıdan çıxırdı, birdən geri qayıtdı və alnımdan öpdü"

Bu gün
14:04
0 baxış
Paylaş:

"Mən ona ölümü heç cür yaraşdırmırdım. Deyirdim ki, 23 ilin zabitidir, ön cəbhədə xidmət edib. Hər bir halda müharibədə də həm özünü, həm də əsgərlərini qoruyaraq sağ-salamat geri qayıdacağını düşünürdüm".

"Mən ona ölümü heç cür yaraşdırmırdım. Deyirdim ki, 23 ilin zabitidir, ön cəbhədə xidmət edib. Hər bir halda müharibədə də həm özünü, həm də əsgərlərini qoruyaraq sağ-salamat geri qayıdacağını düşünürdüm".

Gundem.today Modern.az-a istinadla xəbər verir ki, bunu "Şəhiddən qalan son foto" rubrikasında Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan mayor Elnur Yaqub oğlu Hacıyevin həyat yoldaşı Elnarə Hacıyeva deyib.

Şəhidin xanımının sözlərinə görə, Elnurun son fotosu ailəsi ilə birlikdə evdə, müharibəyə yola düşdüyü gün çəkilib.

"27 sentyabr 2020-ci il… Qardaşımın doğum günü idi. Hazırlaşırdım ki, anamgilə gedim. Bu vaxt Elnurdan zəng gəldi. Sevincək dedi ki, məni çağırdılar, müharibəyə gedirəm. Çox məyus oldum. Səsimdən də pis olduğumu hiss etdi, söylədi ki, niyə pis olursan? Dedim, onda mən də ad gününə getmirəm. Cavab verdi ki, olmaz, mütləq gedəcəksən, mən də ora gələcəyəm".

Elnarə Hacıyeva deyir ki, həmin gün şəhidlərimiz olduğu xəbərləri gəldiyi üçün qardaşının doğum gününü ailə daxilində kiçik bir yığıncaq şəklində keçiriblər:

"Eyni masa arxasında çörək yedik. Evə getməyə yaxın Elnur gördü ki, çox kefsizəm. Mənə dedi ki, əgər ağlayacaqsansa, sən anangildə qal, mən özüm əşyalarımı yığıb gedərəm. Razılaşmadım, bildirdim ki, mən də gələcəyəm. Dedi, onda söz ver ki, ağlamayacaqsan. Nə qədər çətin də olsa da ona söz verdim.

Evdə onunla birlikdə lazım olan əşyalarını yığmağa başladım. Hər şeyi hazırladıq. Sentyabrın 27-si axşam saat 11-ə işləyirdi, qardaşım onu aparacaqdı. Qapının ağzına gəldik və orada təklif etdim ki, Elnur, bəlkə şəkil çəkdirək?

Dedi, "hə, çəkdirək". Əyninə gödəkçə geyinmişdi. Divanda əyləşdik, qızım bizim şəkillərimizi çəkdi, mən də qızımızla birlikdə Elnurun şəklini çəkdim. Beləcə son şəkillərimizi çəkdirdik. Təəssüf ki, üçümüzü eyni anda çəkə bilmədim…"

Şəhid xanımı deyir ki, Elnur o qədər məğrur və igid hərbçi olub ki, heç vaxt qorxu hissini yaxın buraxmayıb:

"Bir söz dedi: "Narahat olma, mən ölməyə yox, öldürməyə gedirəm!"

Sağollaşdı, daha sonra qapının ağzında vidalaşıb çıxırdı, amma birdən geri qayıtdı, otağa gəldi və alnımdan öpdü. Mən o zaman bunun halallıq demək olduğunu bilmirdim. Sonradan öyrəndim ki, həyat yoldaşının alnından öpmək ona halallıq vermək deməkdir..."

Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərindəki 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində oxuyub. 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2002-2006-cı illərdə Qobustan, 2006-2011-ci illərdə Tovuz, 2011-2015-ci illərdə Ağdam, 2015-2019-cu illərdə Gədəbəy, 2019-cu ildə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib.

Elnur Hacıyevin özündən sonra bir qızı yadigar qalıb.

Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn edilib.

Mayor Elnur Hacıyev xidməti boyunca qüsursuz fəaliyyətinə görə, sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medallarına layiq görülüb.

Şəhid olandan sonra isə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#şəhid_mayor_Elnur_Hacıyev#Vətən_müharibəsi_şəhidləri#Füzuli_döyüşləri#Ucar_şəhidləri#ikinci_Qarabağ_müharibəsi#şəhidin_son_fotosu#qəhrəman_zabitlər#Azərbaycan_Silahlı_Qüvvələri

Oxşar Xəbərlər

AAYDA-nın üç qurumu LƏĞV OLUNDUCəmiyyət

AAYDA-nın üç qurumu LƏĞV OLUNDU

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri ləğv olunduqlarını elan ediblər.

Bu gün
14:560
Qəbələ, Hacıqabul və Ağsunun bəzi əraziləri QAZSIZ QALACAQCəmiyyət

Qəbələ, Hacıqabul və Ağsunun bəzi əraziləri QAZSIZ QALACAQ

Sabah Qəbələ rayonunun Bum qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
14:440
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibCəmiyyət

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Bu gün
14:350
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilibCəmiyyət

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Bu gün
14:350