Son dəqiqə
13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışıTramp: "Dünyada ən güclü yenilənmə baş verir"ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı veribAzər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"İranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEONovak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi - FOTO
Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi - FOTO
Cəmiyyət

Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi - FOTO

Bu gün
16:26
0 baxış
Paylaş:

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir.

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir.

Gundem.today xəbər verir ki, bu məqsədlə növbəti aksiya 10 aprel tarixində Ağdərə rayonunda uğurla keçirilib.

Aksiyanı Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikasının həkim briqadası həyata keçirib. Həkimlər həm yerli əhalini, həm də "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağın bərpasında fəaliyyət göstərən mütəxəssisləri müayinə edərək onlara konsultativ tibbi xidmət göstəriblər.

Aksiya çərçivəsində ilk dəfə olaraq tibdə inqilabi yenilik sayılan "BPR Swiss"in SMART-PORT portativ stomatoloji qurğusu tətbiq olunub. Bu müasir qurğu məktəblərdə, qocalar evlərində və səyyar müayinələrdə yüksəkkeyfiyyətli stomatoloji xidmət göstərməklə, vətəndaşların klinikaya getmək ehtiyacını azaldır və müalicəyə çıxışı daha da asanlaşdırır. SMART-PORT-un fasiləsiz işləmə xüsusiyyəti, tez quraşdırılması və çoxfunksiyalı alətləri (mikromotor, skaler, üçfunksiyalı şpris) müalicə imkanlarını genişləndirir.

Ağdərə sakinləri səyyar şəraitdə bu portativ qurğu vasitəsilə tam stomatoloji xidmət alıblar. Tam avtonom iş rejimi və fasiləsiz işləmə imkanı sayəsində müalicələr daha sürətli və rahat aparılıb, vətəndaşların vaxtına qənaət olunub.

Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və vətəndaşlara geniş konsultativ tibbi xidmətlərin göstərilməsi olub.

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi altında stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqu daxil olmaqla klinikanın geniş həkim briqadası əhalinin ətraflı müayinəsini həyata keçirib. Ümumilikdə, aksiyada 140-a yaxın vətəndaş tibbi müayinədən keçib, müvafiq müalicə prosedurları aparılıb, erkən diaqnostika və profilaktik konsultasiyalar təmin edilib.

Bu təşəbbüs "Böyük Qayıdış" proqramının regionlarda həyat keyfiyyətinin artırılması, sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi və yerli əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Səhiyyə_Nazirliyi#Böyük_Qayıdış#Ağdərə_rayonu#tibbi_müayinə#stomatoloji_xidmət#Azərbaycan_Tibb_Universiteti#portativ_stomatoloji_qurğu#Qarabağın_bərpası#həkim_briqadası#səyyar_klinika

Oxşar Xəbərlər

13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışıCəmiyyət

13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Bu gün
20:000
AYNA-dan taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara REAKSİYACəmiyyət

AYNA-dan taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara REAKSİYA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər mediada taksi sahəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bu gün
19:080
Oğuzda 30 ədəd qızılağac kəsilib, şübhəli şəxs saxlanılıbCəmiyyət

Oğuzda 30 ədəd qızılağac kəsilib, şübhəli şəxs saxlanılıb

Oğuz rayonunda ağacların kəsilməsinə görə cinayət işi başlanıb.

Bu gün
18:360
Suraxanıda valideynlər övladlarının müəlliminin dəyişdirilməsinə ETİRAZ EDİBLƏRCəmiyyət

Suraxanıda valideynlər övladlarının müəlliminin dəyişdirilməsinə ETİRAZ EDİBLƏR

Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 101 nömrəli Əmi Məmmədov adına orta məktəbdə valideyn narazılığı yaranıb.

Bu gün
18:280