
Səhv məlumata görə ər-arvadı qətlə yetirənlərə HÖKM OXUNDU
Şabranda mənzilə basqın edərək ev sahiblərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.
Şabranda mənzilə basqın edərək ev sahiblərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ikisini də tamah niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürməkdə, quldurluqda təqsirli hesab edib. Elçinin bundan əvvəl də qəsdən adam öldürməyə görə 14 il həbsdə olması (2010-2024) da ağırlaşdırıcı hal kimi qeydə alınıb.
Müttəhimlər özlərini qismən təqsirli bilib, evə səhv məlumat əsasında oğurluq məqsədilə girdiklərini deyiblər. Onlar planlamadıqları bu qətlə görə peşmanlıqlarını dilə gətiriblər.
Cinayətin ağırlığı nəzərə alınaraq, Elçin Fərzəliyev və Murad Məmmədova heç bir güzəşt edilməyib. Onlar ikisi də qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. 43 yaşlı Elçin Fərzəliyev və 48 yaşlı Murad Məmmədov Şabran şəhərində yaşayış evlərindən birinə basqın ediblər. Hadisə vaxtı onlar dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə, 54 yaşlı Gülnarə Hüseynovanı qəsdən öldürüb, onun əri 56 yaşlı Arif Hüseynova xəsarət yetiriblər. Arif Hüseynov sonradan aldığı xəsarətlərdən Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalDövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU
Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən Məhərrəm Əliyev, Qurbanxan İsgəndərov və Yaşar Heydərov cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalErmənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb
İyunun 9-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
KriminalƏvvəllər məhkum olunmuş 50 yaşlı qadın 72 kq narkotiklə TUTULDU - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı paraplanla ölkəyə gətirilən 72 kq marixuana və 5687 ədəd metadon həbi aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər həbs edilib.
KriminalƏrini atası ilə birlikdə öldürməkdə təqsirləndirilən qadının psixi problemləri var?
Bakıda qadının atası ilə əlbir şəkildə həyat yoldaşını qətlə yetirməsi ittihamı üzrə məhkəmə prosesi davam etdirilib.