Son dəqiqə
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAMABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyirİkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMİlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAMDİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilərBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə
Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə
Kriminal

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

21 aprel 2026
12:40
0 baxış
Paylaş:

Xaçmaz rayonunun Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun barəsindəki qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib.

Xaçmaz rayonunun Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun barəsindəki qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayəti hakim İlqar Cəfərov tərəfindən araşdırılır.

Ramin Ağaxanov cəzasının yüngülləşdirilməsini istəyir.

Hadisə 2023-cü ilin aprelində baş verib. Kənd sakinləri Aslan Tarverdiyev və Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib. Bundan əlavə tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb. İstintaqla Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməkdə, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırmaqda və hadisə yerini tərk etməkdə ittiham olunub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağaxanov ömürlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Qəsdən_adam_öldürmə#Xaçmaz_rayonu#Sələmçilik#Xaçmaz_Rayon_Prokurorluğu#Sumqayıt_Ağır_Cinayətlər_Məhkəməsi#Sumqayıt_Apellyasiya_Məhkəməsi#Ali_Məhkəmə

Oxşar Xəbərlər

Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİKriminal

Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ

Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu gün
11:480
Baş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEOKriminal

Baş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu gün
11:360
Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydıKriminal

Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı

Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

Bu gün
11:040
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISIKriminal

Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bu gün
09:560