
SEPAH atəşkəsin pozulduğunu və İranda İsrail dronunun vurulduğunu bəyan etdi
İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.
İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.
Gundem.today RBK-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, dron hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. SEPAH-dan bildirilib ki, döyüş əməliyyatları aparılmasa belə, ABŞ və ya İsrail təyyarələrinin İranın hava məkanında görünməsi atəşkəs rejiminin pozulması kimi qiymətləndirilir və cavab tədbirlərinə səbəb olacaq.
"Tasnim"in məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb və qeyd edib ki, atəşkəsin pozulması barədə xəbərlər sülh prosesinə xələl gətirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ ilə danışıqlara başlamaq üçün şərt qoydu
İran aprelin 10-da İslamabadda ABŞ ilə keçirilməsi planlaşdırılan danışıqlarda yalnız Livanda atəşkəs olacağı təqdirdə iştirak edəcək.
DünyaRza Pəhləvi "Instagram"da Tramp və Netanyahunu izləmədən çıxarıb
İranın son şahının oğlu Rza Pəhləvi Tehranla atəşkəsin elan edilməsindən sonra "Instagram"da ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunu izləmədən çıxarıb.
DünyaTramp: "Livan İranla atəşkəs razılaşmasına daxil edilməyib"
"Livanda döyüş əməliyyatlarının dayandırılması ABŞ və İran arasında atəşkəs şərtlərinə daxil edilməyib, çünki İsraillə "Hizbullah" hərəkatı arasında qarşıdurma ayrıca münaqişədir".
DünyaHeqset: "İran zənginləşdirilmiş uranı ABŞ-yə ya özü verəcək, ya da güc yolu ilə ələ keçiriləcək"
Pentaqon iddia edir ki, ya İran özünün zənginləşdirilmiş uranını ABŞ-yə təhvil verəcək, ya da Vaşinqton bu nüvə materiallarını güc yolu ilə çıxaracaq.