SEPAH Fars körfəzindən Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaradılacağını elan etdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində fəaliyyət göstərən "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani Hörmüz boğazından Yəmən sahillərindəki Bab əl-Məndəb boğazınadək, həmçinin Fars körfəzindən Qırmızı dənizədək uzanacaq yeni "təhlükəsizlik kəməri"nin yaradılması planı barədə məlumat verib.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" İranın dövlət KİV-ə istinadən məlumat yayıb.
Qaani sözügedən təhlükəsizlik zonasının yaradılması kontekstində İranın müttəfiqlərindən ibarət "Müqavimət oxu" ittifaqına toxunub. Bu ittifaqa Livanın "Hizbullah" təşkilatı, Yəməndəki "Ənsar Allah" hərəkatı və Fələstindəki HƏMAS daxildir.
Xatırladaq ki, ötən həftə İran İsrailin Livana endirdiyi zərbələr səbəbindən ABŞ ilə danışıqlarda iştirakını dayandırdığını açıqlayıb. Tehran həmçinin Hörmüz boğazının bağlana biləcəyi ilə hədələyib və Bab əl-Məndəb boğazı ətrafında qüvvələrini fəallaşdıracağını bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFilippində zəlzələ qurbanlarının sayı 37 nəfərə çatdı
Filippinin cənubunda qeydə alınan 7.8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 32-dən 37-yə yüksəlib.
DünyaABŞ-nin hücum helikopteri Hörmüz boğazı yaxınlığında QƏZAYA UĞRADI - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaKərim Xan cinsi qısnama iddialarına görə vəzifəsindən kənarlaşdırıldı
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan cinsi qısnama iddiaları ilə bağlı aparılan intizam icraatı səbəbindən vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılıb. İstintaqın gedişatı və qərarın təfərrüatları haqqında məlumat.
DünyaABŞ-nin hücum helikopteri Hörmüz boğazı yaxınlığında QƏZAYA UĞRADI
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.