Son dəqiqə
Nigeriya ordusu kilsədə girov götürülən 31 nəfəri azad edibAprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEOAvtobusların vəziyyəti niyə hələ də qənaətbəxş deyil? - VİDEOİran Trampın ultimatumuna cavab verdiFHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEOSığorta şirkətlərinin "çıxarış" bəhanəsi - 800 mindən çox tikili risk altındadır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Cəmiyyət

Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?

Bu gün
23:48
0 baxış
Paylaş:

Son günlər Bakıda ictimai nəqliyyatda baş verən cibgirlik hadisələri bu problemi yenidən gündəmə gətirib. Daxili İşlər Nazirliyi marşrut avtobuslarından birində baş verən cibgirlik faktı ilə bağlı məlumat və görüntülər yayıb. Məlumata görə, sərnişinin içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb. Elə həmin gün metro stansiyalarının birində də oxşar hadisə qeydə alınıb və sərnişinin çantasından pulqabısı ilə yanaşı m

Son günlər Bakıda ictimai nəqliyyatda baş verən cibgirlik hadisələri bu problemi yenidən gündəmə gətirib. Daxili İşlər Nazirliyi marşrut avtobuslarından birində baş verən cibgirlik faktı ilə bağlı məlumat və görüntülər yayıb. Məlumata görə, sərnişinin içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb. Elə həmin gün metro stansiyalarının birində də oxşar hadisə qeydə alınıb və sərnişinin çantasından pulqabısı ilə yanaşı mobil telefonunun oğurlandığı bildirilib. Son illərdə cibgirlik halları nisbətən azalmış kimi görünsə də, xüsusilə sıxlıq müşahidə olunan ictimai nəqliyyat vasitələrində bu problemin yenidən aktuallaşması narahatlıq doğurur. Bu baxımdan, ictimai nəqliyyatda cibgirlik halları, onların qarşısının alınması və vətəndaşların özlərini necə qorumalı olduqları yenidən müzakirə mövzusuna çevrilib.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Oğurluq kimi qiymətləndirilir"

Hüquqşünas Ceyhun Cəfərlinin sözlərinə görə, cibgirlik dedikdə oğurluq cinayəti başa düşülür. Cinayət Məcəlləsində ayrıca "cibgirlik" adlanan cinayət əməli nəzərdə tutulmayıb: "Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgəsinin əmlakını gizli olaraq talama cinayət sayılır və buna görə cəza nəzərdə tutulub. Bu əmələ görə 160 saatdan 480 saata qədər ictimai işlər, iki ilə qədər azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Bu cəzalar alternativ xarakter daşıyır və cəza fərdiləşdirilərkən məhkəmə cinayətin xarakterini, cinayəti törədənin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq həmin cəzalardan birini seçə bilər".

"Toxunmanın adi qarşılandığı mühitlərdən istifadə edirlər"

C.Cəfərli bildirir ki, cibgirlik oğurluğun xüsusi bir formasıdır və adətən qapalı binalara daxil olmaqla törədilən oğurluqdan fərqlənir. Bu cür cinayətlər daha çox küçələrdə, ictimai yerlərdə və insanların sıx toplaşdığı məkanlarda baş verir: "Cibgirlər əsasən insanların ciblərindən, çantaların içərisindən pul və digər əşyaları hiss etdirmədən götürürlər. Belə hallar daha çox ictimai nəqliyyatda, metro stansiyalarının giriş-çıxışlarında, eləcə də insanların növbə gözlədiyi və sıx toplaşdığı yerlərdə müşahidə olunur. Cibgirlər məhz insanların bir-birinə toxunmasının adi qarşılandığı mühitlərdən istifadə edirlər. Adi halda hər hansı vətəndaş ona kimsə toxunduqda dərhal reaksiya verə bilər. Lakin sıxlıq olan yerlərdə bu toxunuşlar normal qəbul edildiyi üçün insanlar buna xüsusi diqqət yetirmir. Cibgirlər də məhz bu psixoloji vəziyyətdən istifadə edərək qurbanlarına yaxınlaşır və əşyaları gizli şəkildə götürürlər".

"Açıq cibləri hədəf seçirlər"

Hüquqşünas bildirib ki, bu cür halların qarşısını almaq üçün vətəndaşların diqqətli olması vacibdir: "Tövsiyə olunur ki, zərurət olmadıqca üzərlərində iri məbləğdə pul və ya bahalı zinət əşyaları gəzdirməsinlər. Həmçinin pul və digər qiymətli əşyaların geyimin iç tərəfində yerləşən, bağlanan ciblərdə saxlanılması daha təhlükəsiz hesab olunur. Çünki cibgirlər adətən üst geyiminin çöl hissəsində olan açıq cibləri hədəf seçirlər. Xüsusilə xanımlara çantalarını bağlı saxlamaları və izdihamlı yerlərdə göz önündə tutmaları tövsiyə olunur. Sıx məkanlarda çantanın nəzarətsiz saxlanılması cibgirlər üçün daha əlverişli şərait yarada bilər".

C.Cəfərli qeyd edib ki, hadisə baş verdikdə vətəndaşların dərhal hüquq-mühafizə orqanlarına müraciət etməsi vacibdir: "Tövsiyə olunur ki, insanlar sıx məkanlardan çıxan kimi öz əşyalarını yoxlasınlar və hər hansı oğurluq halı aşkar olunarsa, dərhal polisə məlumat versinlər. Hadisənin baş verdiyi yer barədə dəqiq məlumat verilməsi cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasına kömək edə bilər. Bu cür cinayətlərin tamamilə aradan qaldırılması çətin olsa da, profilaktik tədbirlər və vətəndaşların diqqətli davranışı bu halların azalmasına kömək edə bilər".

Kimlər daha çox hədəfə çevrilir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə bildirib ki, cibgirlər təkcə ictimai nəqliyyatda deyil, insanların daha çox cəmləşdiyi müxtəlif məkanlarda fəaliyyət göstərirlər. Bu məkanlara parklar, ticarət mərkəzləri, avtovağzallar və insanların toplu şəkildə olduğu digər ərazilər daxildir: "Cibgirlər hədəf seçərkən müxtəlif üsullardan istifadə edirlər. Adətən üzərindəki çantanı və ya qiymətli əşyaları - mobil telefon, pulqabı, qızıl-zinət əşyaları və ya pul vəsaitini diqqətçəkən və nəzarətsiz şəkildə daşıyan şəxslər onların diqqətini daha çox cəlb edir".

E.Nurəliyevin sözlərinə görə, vətəndaşların diqqətli davranması vacibdir: "Əgər mobil telefon şalvarın və ya gödəkcənin yan və arxa cibində açıq şəkildə saxlanılırsa və ya çanta nəzarətsiz vəziyyətdə daşınırsa, bu cibgirlərin diqqətini cəlb edə bilər, həmin şəxsin hədəf seçilməsi ehtimalını artırar".

"Təkbaşına müdaxilə etməyin"

Ekspertin fikrincə, əgər şəxs cibgirliklə üzləşdiyini və ya belə bir cəhdin olduğunu hiss edərsə, ilk növbədə vəziyyəti

#Cəmiyyət#Cibgirlik_hadisəsi#Daxili_İşlər_Nazirliyi_(DİN)#Sakinlərin_nəzərinə#Nəqliyyat_vasitəsi#Oğurluq_hadisəsi

Oxşar Xəbərlər

Aprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEOCəmiyyət

Aprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEO

Naxçıvanda Aprel döyüşləri şəhidi mayor Rasim Məmmədovun anım tədbiri keçirilib. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Aprelin 5-də isə doğulduğu qəsəbədə dəfn olunub.

Bu gün
02:080
Avtobusların vəziyyəti niyə hələ də qənaətbəxş deyil? - VİDEOCəmiyyət

Avtobusların vəziyyəti niyə hələ də qənaətbəxş deyil? - VİDEO

Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
02:001
FHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEOCəmiyyət

FHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.

Bu gün
01:420
Sığorta şirkətlərinin "çıxarış" bəhanəsi - 800 mindən çox tikili risk altındadırCəmiyyət

Sığorta şirkətlərinin "çıxarış" bəhanəsi - 800 mindən çox tikili risk altındadır

Son zamanlar Azərbaycanda müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara yol açaraq bir çox yaşayış massivlərində mövcud problemləri daha qabarıq şəkildə üzə çıxardı. Problemin ən ağrılı tərəfi isə zərərin kim tərəfindən qarşılanması məsələsidir. Hazırda Azərbaycanda daşınmaz əmlakın sığortalanması geniş yayılmayıb. Əksər vətəndaşlar evlərini sığorta etdirmir. Nəticədə, sel və ya subasma zamanı zərər birbaşa ailənin üzərinə düşür. Dövlət qurumları isə yalnız müəyyən hallarda və məhdud imkanla

Bu gün
01:361