Son dəqiqə
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaqXİN: "Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquq və ədalətə söykənir"Dağıstanda güclü yağışlar 139 yaşayış məntəqəsini işıqsız qoyubYeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblarSabahın havası meteohəssas insanlar üçün necə olacaq?İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır
Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır
Cəmiyyət

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

Bu gün
12:48
0 baxış
Paylaş:

Azərbaycanda tütün sənayesində son aylarda diqqətçəkən dinamika müşahidə olunur. Rəsmi statistika ölkədə siqaret istehsalının əhəmiyyətli dərəcədə artdığını göstərir. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 553,7 milyon ədəd siqaret istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. Sənaye müəssisələrinin anbarlarında 1 milyard 190 milyon ədəd hazır məhsul ehtiyatının formalaşması da diqqət çəkir. Bu statistika yerli istehsalın artmasının arxası

Azərbaycanda tütün sənayesində son aylarda diqqətçəkən dinamika müşahidə olunur. Rəsmi statistika ölkədə siqaret istehsalının əhəmiyyətli dərəcədə artdığını göstərir. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 553,7 milyon ədəd siqaret istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. Sənaye müəssisələrinin anbarlarında 1 milyard 190 milyon ədəd hazır məhsul ehtiyatının formalaşması da diqqət çəkir. Bu statistika yerli istehsalın artmasının arxasında hansı amillərin dayandığı sualını gündəmə gətirir.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Tütün fabriklərinə yeni investisiyalar qoyulub"

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, son dövrlərdə yerli siqaret istehsalında artım müşahidə olunur. Bu artımın arxasında bir neçə paralel amil dayanır: "Bu prosesə təsir edən əsas amillərdən biri regional bazarlarda yaranmış mürəkkəb vəziyyətdir. Xüsusilə Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa bazarlarında son illər logistika problemləri, geosiyasi gərginlik və sanksiyaların təsiri özünü göstərir. Bu amillər həmin bazarlarda istehsal və tədarük zəncirlərində müəyyən çətinliklər yaradıb. Belə bir şəraitdə Azərbaycan müəyyən mənada alternativ istehsal və təchizat mərkəzi kimi ön plana çıxmağa başlayıb. Ölkəmiz yaranmış vəziyyətdən iqtisadi baxımdan səmərəli şəkildə istifadə etməyə çalışır və bəzi hallarda bunu uğurla bacarır".

E.Kərimlinin fikrincə, son illərdə tütün sənayesində də müəyyən dəyişikliklər baş verib: "Bir sıra tütün fabriklərinə yeni investisiyalar qoyulub, istehsal sahələrində texnoloji modernizasiya həyata keçirilib. Müasir avadanlıqların tətbiqi istehsal prosesinin səmərəliliyini artırmaqla yanaşı, məhsulun maya dəyərinin də nisbətən aşağı səviyyədə saxlanmasına imkan yaradır. Bundan əlavə, Azərbaycanda siqaret qiymətlərinin bəzi ölkələrlə müqayisədə daha aşağı olması yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artırır. Bu isə ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Burada re-eksport amilini də xüsusi qeyd etmək lazımdır. Belə ki, bəzi hallarda tütün xammalı xaricdən idxal olunur, ölkə daxilində emal edilərək siqaret istehsal edilir və daha sonra üçüncü ölkələrin bazarlarına ixrac olunur. Bu model istehsalın və ixracın artmasına müəyyən töhfə verir".

"Məhsulun bir hissəsi hələ bazara çıxarılmayıb"

İqtisadçı bildirdi ki, statistik göstəricilərə diqqət yetirdikdə ölkədə istehsal həcminin artmasının anbar ehtiyatlarının da yüksəlməsi ilə müşayiət olunduğu görünür: "Bu isə o deməkdir ki, istehsal olunan məhsulun bir hissəsi hələ bazara çıxarılmayıb və ya ixrac olunmayıb. Anbar qalıqlarının artması müəyyən mənada istehsalın idxalı əvəz etməsi ilə də bağlıdır. Başqa sözlə, daxili bazarda yerli istehsalın payı artdıqca xarici məhsulların bazardakı mövqeyi zəifləyir və idxalın payı azalır. Bu prosesə təsir edən digər amil aksiz siyasətidir. Son illərdə tütün və tütün məhsullarına tətbiq edilən aksiz vergilərində müəyyən dəyişikliklər baş verib. Eyni zamanda, bəzi hallarda tütün xammalının idxalı ilə bağlı tənzimləmələr də istehsal prosesinə təsir göstərir. Müxtəlif anti-tütün kampaniyalarının aparılması və bəzi hallarda siqaret qiymətlərinin artırılması kimi amillər də bazarın strukturuna təsir edən faktorlar sırasındadır".

E.Kərimli qeyd etdi ki, hazırda regional bazarlarda mövcud olan problemlər, xüsusilə müharibələr, sanksiyalar və logistika çətinlikləri Azərbaycan üçün müəyyən iqtisadi imkanlar yaradır: "Lakin gələcəkdə bu amillərin aradan qalxması və ya zəifləməsi digər ölkələrin də istehsal və ixrac imkanlarını artırmasına səbəb ola bilər. Bundan əlavə, qlobal tendensiyalar göstərir ki, bir çox ölkədə tütün məhsullarının istehlakı tədricən azalır. Yekun olaraq demək olar ki, Azərbaycanda siqaret istehsalının artması daha çox daxili istehlakın genişlənməsi ilə deyil, istehsalın ixrac yönümlü transformasiyası ilə əlaqəlidir. Bu isə qeyri-neft sektorunun inkişafı baxımından müsbət nəticələr doğura bilər".

Alternativ kapital yatırımı

İqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, istehsalın artması, əsasən, istehsalçıların seçdiyi strategiya ilə bağlıdır: "Aksiz vergilərində edilən dəyişikliklər, ixrac imkanlarının genişləndirilməsi, eləcə də müəssisələrin anbar ehtiyatlarını artırmaq siyasəti istehsala təsir edən əsas amillərdir. Bundan əlavə, alternativ sahələrdə yerləşdirilə biləcək kapitalın tütün məhsullarının istehsalına yönəldilməsi də bu prosesə təsir göstərir. Siqaret elə məhsul kateqoriyasına daxildir ki, onun qiymətinin tələbə təsiri nisbətən zəifdir. Yəni qiymətin artması və ya azalması istehlak səviyyəsinə ciddi təsir göstərmir. Eyni zamanda istehsalın artması da daxili bazarda məhsulun ucuzlaşmasına səbəb olmur. Bu xüsusiyyət siqaret bazarını digər istehlak məhsullarından müəyyən mənada fərqləndirir".

G.Hüseynovanın sözlərinə görə, idxalın bazardakı payının azalması da müşahid

#Cəmiyyət#Rusiya_Federasiyası#Tütün_məhsulları

Oxşar Xəbərlər

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaqCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu gün
18:120
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?Cəmiyyət

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu gün
17:540
İctimai nəqliyyat istifadəçilərinə vacib xəbərCəmiyyət

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər

Aprelin 6-dan etibarən 2025-ci ilin oktyabr - 2026-cı ilin aprel ayları arasında ictimai nəqliyyatda NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaq.

Bu gün
17:380
Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapıbCəmiyyət

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapıb

Alman səyyah əcdadları tərəfindən Azərbaycanda inşa edilmiş şəhəri aşkarlayıb.

Bu gün
17:240