
"SOCAR Trading" rəsmisi: "Dünya "super dövr" adlandırıla biləcək mürəkkəb mərhələdən keçir"
"Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır".
"Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Trading" şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.
Onun sözlərinə görə, dünya son altı ildə "super dövr" adlandırıla biləcək mürəkkəb bir mərhələdən keçir:
"Səudiyyə Ərəbistanında baş verən hadisələr, ardınca koronavirus (COVID-19) pandemiyası və Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadiyyata ciddi təsir göstərib. Hazırda isə dünya neft tədarükü üçün ən kritik nöqtə sayılan Hörmüz boğazındakı müharibə şəraiti ilə üz-üzədir. Boğazın bağlanması illərdir dərsliklərdə və araşdırmalarda ən ekstremal ssenari kimi müzakirə olunurdu. İndi biz bu ssenarinin reallığa çevrildiyi ikinci ayı geridə qoyuruq".
T.Tağızadə əlavə edib ki, Körfəz regionundan gündəlik 13-15 milyon barel civarında neft tədarükü çatışmazlığı müşahidə olunur:
"Lakin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr alternativ boru kəmərləri və quru yolları vasitəsilə vəziyyətdən çıxış yolları tapıblar".
Bundan başqa, onun sözlərinə görə, dünya hələ də iqtisadi inkişaf və texnoloji yeniliklərin təmin olunması üçün enerji və emal olunmuş məhsullardan asılı olaraq qalır:
"Yaşıl gələcəyə" keçid istiqamətində irəliləyişə baxmayaraq, dünya hələ də ənənəvi enerji mənbələrindən ciddi şəkildə asılıdır. Məhz bu səbəbdən hazırkı vəziyyət bütün bazarlarda və ümumilikdə qlobal iqtisadiyyatda ciddi təsir və dalğalanma yaradır. Gərginliyin tezliklə aradan qalxmasını istəyirik. Bəzi hallarda treyderlərin, ayrı-ayrı iqtisadiyyatların bu proseslərdən faydalandığı qeyd olunsa da, əsas məqsəd mövcud gərginliyin aradan qaldırılmasıdır. Əslində, həm bu zalda olan, həm də kənarda fəaliyyət göstərən bütün həmkarlarımız Yaxın Şərqdə mövcud vəziyyətin tezliklə həllini və sabitliyin bərpasını arzulayırlar".
"SOCAR Trading" rəsmisi vurğulayıb ki, gərginliyin qısa müddətdə aradan qalxması həm treyderlərin, həm də milli və iri neft şirkətlərinin daha stabil fəaliyyətinə şərait yaradacaq:
"Bu, həmçinin qloballaşmış, lakin eyni zamanda pozulmaların müşahidə olunduğu müasir dünyada şirkətlərin işini daha da asanlaşdıracaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyat"SOCAR Trading": "BTC regionda daha təhlükəsiz və dəyərli ixrac marşrutudur"
"Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutudur".
İqtisadiyyatAzərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.
İqtisadiyyatSOCAR-la Çinin BGP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Aprelin 22-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin BGP şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencunla görüşüb.
İqtisadiyyatTerrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni cərimələyib.