
"Spice Girls" qrupu birləşir? - Müğənni şayiələrə aydınlıq gətirdi
Əfsanəvi "Spice Girls" pop-qrupunun üzvü Mel Bi kollektivin 30 illiyi münasibətilə yenidən bir araya gələcəyi ilə bağlı ümidləri puça çıxarıb.
Əfsanəvi "Spice Girls" pop-qrupunun üzvü Mel Bi kollektivin 30 illiyi münasibətilə yenidən bir araya gələcəyi ilə bağlı ümidləri puça çıxarıb.
Gundem.today "Hello" nəşrinə istinadən xəbər verir ki, sənətçi uzun illərdir gözlənilən tammiqyaslı konsert turunun baş tutmayacağını bildirib.
Müğənni qeyd edib ki, artıq həmkarlarını buna razı salmaq üçün enerji sərf etmək niyyətində deyil.
"Əgər istəmirlərsə, onları tura çıxmağa məcbur etməyə ehtiyac yoxdur. Mən 50 yaşım tamam olanda bu məsələdən əl çəkdim", - deyə müğənni bildirib.
Bununla belə, Mel Bi layihənin başqa formatda, məsələn, "Netflix" üçün sənədli serial kimi həyata keçirilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bütün solistlər bu ideyanın müzakirəsinə dəvət olunsa da, yekun qərar hələ verilməyib. Əsas maneə isə bəzi üzvlərin tam səmimi olmaq istəməməsidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesAncelina Colinin qızı aktrisa kimi debüt edib
Hollivud ulduzu Ancelina Colinin qızı Şaylo Coli WJSN qrupunun üzvü olan Cənubi Koreya müğənnisi Dayonun "Whats a Girl to Do" mahnısının klipində çəkilib.
Şou-biznesMəşhur aktyor "ən xoşbəxt ölkə"ni tərk edib Gürcüstana köçəcəyini açıqladı
"Milli ovun özəllikləri" və "Böyük şəhərdə sevgi" filmlərindən tanınan finlandiyalı aktyor Ville Haapasalo ölkəsini tərk etmək qərarını açıqlayıb.
Şou-biznesMəşhur rusiyalı repçi qəzada həlak oldu
Məşhur rusiyalı repçi Fuze Krec (əsl adı Artyom Brovkov) 46 yaşında ölüb.
Şou-biznesSəsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni: "Həkim nəzarətindəyəm"
Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.