
Sudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu
Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.
Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.
Gundem.today "Sudan Tribune"a istinadən xəbər verir ki, ölənlər arasında "Sürətli reaksiya qüvvələri"nin (SRQ) üzvləri də var.
Hadisə artıq təxminən üç ildir SRQ-nin nəzarətində olan və mütəmadi olaraq dron hücumlarına məruz qalan Kutum şəhərində baş verib.
Zərbə nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb, onlarla ev dağılıb. SRQ hücuma görə məsuliyyəti Sudan ordusunun üzərinə qoyub.
Qeyd olunur ki, son üç ayda Sudanda mülki obyektlərə dron hücumları nəticəsində təxminən 500 nəfər həlak olub.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ordu komandanı Əbdülfəttah əl-Burhan ilə SRQ rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən kəskinləşib. Münaqişə nəticəsində, ekspertlərin qiymətləndirməsinə görə, azı 40 min insan həlak olub, təxminən 14 milyon nəfər isə evlərini tərk edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail və Livan arasında danışıqların vaxtı və yeri AÇIQLANDI
İsrail və Livan arasında "Hizbullah"ın tərksilahı ilə bağlı danışıqların aprelin 14-də Vaşinqtonda keçirilməsi planlaşdırılır.
Dünyaİranın hücumları Səudiyyə Ərəbistanının hasilat gücünü azaldıb
İran qüvvələrinin Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələri nəticəsində ölkənin neft istehsalı sutkada 600 min barel azalıb.
DünyaLivana zərbələr nəticəsində ölənlərin sayı 303-ə çatıb
İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1 150-dən çox insan yaralanıb.
DünyaPutin "Pasxa atəşkəsi" elan etdi
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edib.