Son dəqiqə
Prezident: "Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq"May ayının ilk gününün hava proqnozu AÇIQLANDI - 01.05.2026Bakıda "B-04" metro stansiyasının yerləşəcəyi DƏQİQ ÜNVAN - VİDEOOkamponun anti-Azərbaycan kartları açıldı: "Bu proseslərdə böyük məbləğdə vəsaitlər dövr edir" - FOTO - VİDEOMasazırda 1 yaşlı uşaq faciəli şəkildə öldüNiderland çempionatında qalmaqal: Yüksək liqada 133 oyunun nəticəsi ləğv oluna bilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Süni intellekt insan səviyyəsinə çatır? - İmtahanın nəticələri təəccübləndirdi
Süni intellekt insan səviyyəsinə çatır? - İmtahanın nəticələri təəccübləndirdi
Dünya

Süni intellekt insan səviyyəsinə çatır? - İmtahanın nəticələri təəccübləndirdi

31 mart 2026
04:31
1 baxış
Paylaş:

Tədqiqatçılar süni intellektin "Bəşəriyyətin son imtahanı" ("Humanity's Last Exam") testində nəticələrinin əhəmiyyətli dərəcədə artdığını qeydə alıblar.

Tədqiqatçılar süni intellektin "Bəşəriyyətin son imtahanı" ("Humanity's Last Exam") testində nəticələrinin əhəmiyyətli dərəcədə artdığını qeydə alıblar.

Gundem.today bu barədə "ScienceDaily" saytına istinadən xəbər verir.

"Bəşəriyyətin son imtahanı" testi "Scale AI" və "Center for AI Safety" qeyri-kommersiya təşkilatlarının mütəxəssisləri tərəfindən hazırlanıb. Testin əsasında 50 ölkədən alimlərin tərtib etdiyi 70 min sual dayanır. Bu suallar arasından 2 500 tapşırıq seçilib. Hər bir sual doktorantura səviyyəsinə uyğun bilik tələb edir. Format qısa və dəqiq cavabları nəzərdə tutur və bu cavabları açıq mənbələrdən tapmaq çətindir.

2024-cü ildə modellər aşağı nəticələr göstərirdi. "ChatGPT" təxminən 3% nəticə əldə etmişdi, "Gemini" və "Claude" isə bir qədər yüksək göstəricilərə malik idi. Həmin dövrdə test dil modellərinin imkanları ilə elmi mütəxəssislərin səviyyəsi arasında ciddi fərqi ortaya qoymuşdu.

Hazırda vəziyyət dəyişib. Tərtibatçıların məlumatına görə, "Gemini" 45,9%, "Claude" isə 34,2% nəticə göstərib. "Scale AI" nümayəndəsi Kelvin Çjan bildirib ki, modellər yaxın aylarda və ya bir il ərzində 100% nəticəyə çata bilər.

Bununla belə, tərtibatçılar hesab edirlər ki, maksimum nəticə əldə olunsa belə, süni intellekt insanı tam əvəz etməyəcək. Söhbət qeyri-standart yanaşma tələb edən tapşırıqlardan, eləcə də interpretasiya və yaradıcı düşüncənin vacib olduğu dar ixtisaslı elmi sahələrdən gedir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Avropa dövlətləri birgə dəniz qüvvələri yaradır - Ciddi təhlükə gözlənilir?Dünya

Avropa dövlətləri birgə dəniz qüvvələri yaradır - Ciddi təhlükə gözlənilir?

Böyük Britaniya da daxil olmaqla 10 Avropa dövləti Rusiya təhlükəsinə qarşı və Şimali Avropada NATO donanmasına dəstək məqsədilə ortaq dəniz qüvvələrinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.

Bu gün
12:120
ABŞ-dən Ukraynanı SEVİNDİRƏCƏK QƏRARDünya

ABŞ-dən Ukraynanı SEVİNDİRƏCƏK QƏRAR

ABŞ Hərb Nazirliyi (Pentaqon) Konqres tərəfindən təsdiqlənən, lakin əvvəllər dondurulan 400 milyon dolları Ukraynaya verəcək.

Bu gün
11:160
Rusiyada kömür mədənində UÇQUN: Dağıntılar altında qalanlar varDünya

Rusiyada kömür mədənində UÇQUN: Dağıntılar altında qalanlar var

Rusiyanın Maqadan vilayətində kömür mədənində baş verən uçqun nəticəsində səkkiz nəfərin dağıntılar altında qalması ehtimalı var.

Bu gün
11:080
Pentaqon çoxnövlü raket istehsalı üçün milyard dollarlıq müqavilə imzaladıDünya

Pentaqon çoxnövlü raket istehsalı üçün milyard dollarlıq müqavilə imzaladı

ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ölkənin müdafiə korporasiyası "Lockheed Martin" ilə HIMARS çoxnövlü raket sistemlərinin istehsalı üçün 1 milyard dollardan çox məbləğdə müqavilə bağlayıb.

Bu gün
10:120