
"Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilib
Aprelin 27-də Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilib.
Aprelin 27-də Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilib.
Gundem.today-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub, solistlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.
"Şuşa - İƏT-in turizm paytaxtı 2026" çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər.
Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksəksəviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İƏT-in turizm paytaxtı" elan edilib.
Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətÇexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq
"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir".
Siyasətİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər
"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər".
SiyasətPrezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
"Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır".
SiyasətÇexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"
"Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər".