Son dəqiqə
Çinlilərin sayı Fransanın əhalisi qədər azalacaqİlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTOMusa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi olduPrezident iki quruma yeni səlahiyyətlər verdiŞuşada İƏT ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildiStarmer: "İrandakı müharibə britaniyalıların bəzi vərdişlərini dəyişdirə bilər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Şuşada ECO-nun turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir - FOTO
Şuşada ECO-nun turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir - FOTO
Siyasət

Şuşada ECO-nun turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir - FOTO

Bu gün
10:16
0 baxış
Paylaş:

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir.

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir.

Gundem.today-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə ECO-ya üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak edirlər.

İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunur.

İclasın gündəliyinə uyğun olaraq ECO turizm nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər nəzərdən keçirilir.

Eyni zamanda, turizm nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan "Şuşa Bəyannaməsi"nin layihəsi üzrə müzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəli sürülür.

Turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri aprelin 29-da keçiriləcək turizm nazirlərinin 7-ci iclasının gündəliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib.

Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı tədbirlər planından irəli gələn fəaliyyətlər çərçivəsində təşkil olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Nazirlər_Kabineti#Azərbaycanda_turizm#Şuşa_Bəyannaməsi#İqtisadi_Əməkdaşlıq_Təşkilatı_(ECO)

Oxşar Xəbərlər

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTOSiyasət

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gün
14:230
Prezident iki quruma yeni səlahiyyətlər verdiSiyasət

Prezident iki quruma yeni səlahiyyətlər verdi

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilib.

Bu gün
14:190
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqSiyasət

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" təsdiq edilib.

Bu gün
14:080
"ASAN xidmət" modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiq edildiSiyasət

"ASAN xidmət" modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiq edildi

2026-cı il martın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş" təsdiq edilib.

Bu gün
14:050