Son dəqiqə
Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sərgilərinə dair mətbuat konfransı keçirilib - FOTOEşqi Bağırov: "Məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur""Neftçi" ilə matçda Medinadan tarixi göstəriciMəktəblərdə keçirilən monitorinqlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTOAttestatlarla bağlı YENİLİKElçin Əmirbəyov Vatikanda Cənubi Qafqazda sülh məsələsini müzakirə edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Şuşada İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir
Şuşada İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir
Siyasət

Şuşada İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir

Bu gün
10:16
0 baxış
Paylaş:

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir.

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir.

Gundem.today-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak edirlər.

İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunur.

İclasın gündəliyinə uyğun olaraq İƏT turizm nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər nəzərdən keçirilir.

Eyni zamanda, turizm nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan "Şuşa Bəyannaməsi"nin layihəsi üzrə müzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəli sürülür.

Turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri aprelin 29-da keçiriləcək turizm nazirlərinin 7-ci iclasının gündəliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib.

Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı tədbirlər planından irəli gələn fəaliyyətlər çərçivəsində təşkil olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Nazirlər_Kabineti#Azərbaycanda_turizm#Şuşa_Bəyannaməsi#İqtisadi_Əməkdaşlıq_Təşkilatı_(ECO)

Oxşar Xəbərlər

Elçin Əmirbəyov Vatikanda Cənubi Qafqazda sülh məsələsini müzakirə edib - FOTOSiyasət

Elçin Əmirbəyov Vatikanda Cənubi Qafqazda sülh məsələsini müzakirə edib - FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfər edib.

Bu gün
12:590
Keşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcəkSiyasət

Keşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcək

Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evi təmir bərpa ediləcək və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək.

Bu gün
12:460
Səfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTOSiyasət

Səfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTO

"Naxçıvana dron hücumu hər iki ölkənin ekspertlər qrupu tərəfindən araşdırılır".

Bu gün
12:440
Azərbaycanda sel sularının fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin SİYAHISISiyasət

Azərbaycanda sel sularının fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin SİYAHISI

Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı açıqlanıb.

Bu gün
12:180