
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın burnunu sındırıb
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.
Gundem.today APA-ya istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.
Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın keçmiş rəhbəri kimi tanınan Taleh Bağırzadə 2015-ci il noyabrın 16-da Nardaran hadisələri zamanı törədilən iğtişaşların təşkilatçılığında təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırzadə 20 il azadlıqdan məhrum edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda müharibə iştirakçısının meyiti tapıldı
Bakıda gənc oğlan evində ölü halda tapılıb.
HadisəMetronun qarşısında qadını skuter vurdu - VİDEO
Metronun "28 May" stansiyasının qarşısında qadını skuter vurub.
HadisəXəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi: Qubadakı cinayətin TƏFƏRRÜATI
Qubada 61 yaşlı kişi aptekə silahlı basqın edib.
HadisəCəlilabadda 58 yaşlı kişi qohumu tərəfindən bıçaqlandı
Cəlilabad rayonunda 58 yaşlı kişi bıçaqlanıb.