
Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək
ABŞ-də andlılar məhkəməsi tanınmış aktyor və şoumen Bill Kosbini 54 il əvvəl törədilmiş zorakılıq hadisəsində təqsirli bilib.
ABŞ-də andlılar məhkəməsi tanınmış aktyor və şoumen Bill Kosbini 54 il əvvəl törədilmiş zorakılıq hadisəsində təqsirli bilib.
Gundem.today bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.
Kosbi zərərçəkmiş Donna Motsinqerə 59.25 milyon dollar məbləğində təzminat ödəməlidir. Motsinqerin sözlərinə görə, 1972-ci ildə restoranda ofisiant işləyərkən Kosbi onu öz şousuna dəvət edib, limuzində şərab verib, daha sonra isə narkotik maddə verərək zorlayıb.
Motsinqer Kaliforniya ştatında cinsi zorakılıqla bağlı cinayətlər üzrə iddia müddətinin dəyişdirilməsindən sonra Kosbini məhkəməyə verib.
Qeyd edək ki, Kosbi 2018-ci ildə cinsi zorakılıqda təqsirli bilinərək üç il həbsdə qalıb. Lakin 2021-ci ildə yuxarı instansiya məhkəməsi bu qərarı ləğv etdikdən sonra o, azadlığa buraxılıb. Məhkəmə prokurorların Kosbiyə qarşı ittiham irəli sürməyəcəklərinə dair verdikləri vədi pozaraq sonradan iş açmalarını onun hüquqlarının pozulması kimi qiymətləndirib.
Kosbinin vəkili hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznes"Spotify"də ən çox kimə və hansı mahnılara qulaq asılıb? - REYTİNQ
"Spotify" musiqi platforması özünün 20 illik yubileyi şərəfinə servis tarixində ən çox dinlənilən artistlərin, mahnıların, albomların və podkastların siyahısını dərc edib. Hazırda tətbiqin dünyada təxminən 290 milyon abunəçisi var.
Şou-biznesRusiyalı reper Timatiyə qarşı sanksiya tətbiq edildi
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinə rusiyalı reper Timatini də (Timur Yunusov) daxil edib.
Şou-biznesYaddaşını itirən və çoxdandır görünməyən Cek Nikolson ictimaiyyət qarşısına çıxdı - VİDEO
Son illərdə demensiyadan (yaddaşın itirilməsi) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Cek Nikolson ictimaiyyət qarşısına nadir çıxışı ilə pərəstişkarlarını sevindirib.
Şou-biznesİbrahim Tatlıses mirasını kimə vəsiyyət etdiyini açıqladı - VİDEO
"Bütün var-dövlətimi dövlətə vəsiyyət etmişəm".