Son dəqiqə
Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜATÇinlilərin sayı Fransanın əhalisi qədər azalacaqİlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTOMusa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi olduPrezident iki quruma yeni səlahiyyətlər verdiŞuşada İƏT ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
Mədəniyyət

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO

Bu gün
13:20
0 baxış
Paylaş:

Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas olan Ələkbər Tağıyevin doğum günüdür.

Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas olan Ələkbər Tağıyevin doğum günüdür.

Gundem.today xatırladır ki, 28 aprel 1924-cü ildə Gəncədə kasıb əkinçi ailəsində anadan olan Ə.Tağıyev ilk təhsilini burada alıb və 1938-ci ildə Şəhər Xalq Məhkəməsində kuryer kimi əmək fəaliyyətinə başlayıb.

Daha sonra o, Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib, 1974-cü ilə qədər - təxminən 36 ilə yaxın müddətdə prokurorluq orqanlarında çalışıb. Bu sahədə işlədiyi müddət ərzində SSRİ və respublika prokurorluq orqanlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunub.

1950-ci ildə ailə həyatı qurub və Gəncədə yaşayıb.

Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən - oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan "Qonşu qız" mahnısını da Gəncədə yaşadığı illərdə ərsəyə gətirib. Həmin vaxtlar Ə.Tağıyev tərtib etdiyi mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi.

"Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə tərəfdaşlıq edib.

70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", "Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm" , "Qəşəngdir" və yaradıcılığında xüsusi yer tutan "Azərbaycan qızıyam" mahnılarını ifa edib. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırıb.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olub, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirib, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilib.

Sənətçi Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ("Arzu qızım", "Leyla" və s.) mahnılar yazıb.

Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, müsabiqələrdə ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də səsləndirilib.

Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə dünyasını dəyişib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Ələkbər_Tağıyev#Nisə_Qasımova#Zeynəb_Xanlarova#Gəncə_şəhəri

Oxşar Xəbərlər

"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEOMədəniyyət

"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEO

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında məşhur yazıçı Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçirilib.

Bu gün
21:240
Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanırMədəniyyət

Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

Bu gün
14:480
Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJMədəniyyət

Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJ

Balet zərifliyin, intizamın və yüksək sənət duyumunun bir araya gəldiyi nadir səhnə sənətlərindən biridir. Bu sənətdə hər addım, hər hərəkət və hər baxış xüsusi məna daşıyır.

Bu gün
13:280
Azərbaycanda Əməkdar artist vəfat edibMədəniyyət

Azərbaycanda Əməkdar artist vəfat edib

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

Dünən
18:480