"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin çoxalmasının əsas AMİLLƏRİ
Azərbaycanda problemli kreditlərin həcmi yenidən diqqət mərkəzinə düşüb. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyun ayının sonunda vaxtı keçmiş kreditlərin məbləği 719.3 milyon manata çataraq 2022-ci ilin yanvarından bəri ilk dəfə 700 milyon manat həddini ötüb. Eyni zamanda, 30 gündən artıq gecikdirilən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də 2%-i keçib ki, bu da 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Bəs problemli kreditlərin artmasının əsas səbəbləri nələrdir? Mövcud dinamika müvəqqəti xarakter daşıyır, yoxsa daha uzunmüddətli tendensiyanın başlanğıcıdır?