
Tramp "Azadlıq layihəsi" əməliyyatını niyə dayandırıb?
Vaşinqtonun əvvəlcədən xəbərdarlıq etməməsi səbəbindən Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına dəstək verməyib.
Vaşinqtonun əvvəlcədən xəbərdarlıq etməməsi səbəbindən Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına dəstək verməyib.
Gundem.today-ın xəbərinə görə, bu barədə "NBC News" məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın "TruthSocial" şəbəkəsində əməliyyat barədə qəfil paylaşımı Fars körfəzi ölkələrində təəccüb doğurub və Səudiyyə rəhbərliyinin kəskin narazılığına yol açıb. Bunun ardınca Ər-Riyad ABŞ hərbçilərinin Şahzadə Sultan hərbi bazasından uçuşlar həyata keçirməsinə icazə verməyəcəyini və hava məkanını onların üzünə bağlayacağını Vaşinqtonun diqqətinə çatdırıb.
"NBC News" telekanalının bildirdiyinə görə, Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında baş tutan telefon danışığı da yaranmış gərginliyi aradan qaldıra bilməyib. Nəticə etibarilə ABŞ lideri planlaşdırılan əməliyyatı təxirə salmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Ağ Ev rəhbəri daha əvvəl İranla aparılan danışıqların müsbət nəticələnəcəyi və yekun razılaşma əldə ediləcəyi təqdirdə Hörmüz boğazında sözügedən əməliyyatları müvəqqəti dayandırmaq qərarı verəcəyini bəyan etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRəsmi Vaşinqton: Avropadakı NATO müttəfiqləri terrorçuların logistika mərkəzlərinə çevrilib
Rəsmi Vaşinqton hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) yer alan Avropa tərəfdaşları terror qruplaşmalarının logistika və maliyyə bazasına çevrilməkdədir.
Dünyaİrəvan Fransadan hansı silahları alıb? - Paşinyan söz verdi
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Fransa silahlarının nümayiş etdiriləcəyinə söz verib.
DünyaABŞ və İran Hörmüz boğazı ilə bağlı ilkin razılığa gəlib
ABŞ və İran arasında əldə olunan yeni razılaşmaya əsasən, Hörmüz boğazında gəmilərin hərəkətinin mərhələli şəkildə bərpa edilməsi qarşılığında İrana tətbiq olunan dəniz blokadası yüngülləşdiriləcək.
DünyaPaşinyan Putinin təklifini rədd etdi?
Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan mayın 9-da Rusiya paytaxtında baş tutacaq Qələbə Günü paradına qatılmayacaq.