
Tramp İranda vurulmuş "F-15E" qırıcısının ikinci pilotunun xilas edildiyini təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp İran ərazisində vurulmuş "F-15E" qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp İran ərazisində vurulmuş "F-15E" qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.
Gundem.today xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.
"Biz onu xilas etdik! Əziz həmvətənlər, son bir neçə saat ərzində ABŞ Silahlı Qüvvələri bizim inanılmaz zabitlərimizdən birini - yeri gəlmişkən, çox hörmətli bir polkovniki xilas etmək üçün Birləşmiş Ştatlar tarixinin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. Böyük sevinc hissi ilə bildirirəm ki, o, sağ və salamatdır. Yaralanıb, lakin hər şey yaxşı olacaq", - deyə ABŞ lideri qeyd edib.
Daha əvvəl "Axios" portalı mənbələrə istinadən İran üzərində vurulan "F-15E" qırıcısının ikinci heyət üzvünün xilas edilməsi barədə məlumat yayıb. Bildirilir ki, pilot qəzadan bir neçə saat sonra xilas olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "Lənətə gəlmiş Hörmüz boğazını açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Hörmüz boğazından hərəkəti bərpa etməyəcəyi təqdirdə, çərşənbə axşamı həm İranın elektrik stansiyalarına, həm də körpülərə zərbələr endiriləcək.
Dünyaİranda 37 gündür internet yoxdur
İranda internet əlaqəsi artıq 37 gündür ki, praktiki olaraq tamamilə yoxdur.
DünyaVuçiç: "Macarıstanla Serbiya arasındakı infrastrukturu partlatmaq üçün detonatorlar aşkarlanıb"
Serbiyanın xüsusi axtarış bölmələri Macarıstanla Serbiya arasında qaz infrastrukturunu partlatmaq üçün nəzərdə tutulmuş partlayıcı maddələr və detonatorlar aşkar edib.
DünyaƏbu-Dabidəki neft-kimya zavodunda YANĞIN
Əbu-Dabidəki "Borouge" neft-kimya zavodunda Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmuş hava hədəflərinin qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.